Xəbərlər
21.09.2025, 14:03
Sveta Şəms : Bir bilsən necəyəm, necə insafsız - FOTO
Ürək alışdıqca bir az döz dedim,
Dözə-dözə yollarını gözlədim.,
Dərdlərimi ürəyimdə gizlədim,
Sən bir günəşimsən çənsiz,dumansız,
Bir bilsən necəyəm, necə insafsiz...
Bir-bir arzularım içimdə ölür,
Həyatım qaralır, günəşim sönür,
Solur ayım-ilim məhbəsə dönür,
Necə amansızsan,necə, amansız,
Bir bilsən necəyəm, necə insafsiz...
Gülüşüm sozalıb gülə bilmirəm,
Dərdimi kimsəylə bölə bilmirəm,
Sanki ölümsüzəm,ölə bilmirəm,
Bu dünya mənmçün ansız,zamansız,
Bir bilsən necəyəm, necə insafsiz...
İçimdə hisslərim dustağım olub,
Yolların, izlərin gözdağım olub,
Hər ötən bir günüm qınağım olub,
Sənsiz gecələrim qalıbdı dansız,
Bir bilsən necəyəm, necə insafsiz...
Sənsiz bu ömür-gün solur neyləyim,
Ürəyim kövrəlir, dolur neyləyim,
Səsin qulağıma, gəlir neyləyim,
Uçurub dünyamı, qoyma dünyasız,
Bir bilsən necəyəm, necə insafsiz...
Sənə deyiləsi çox sözüm qalıb,
Saçımda, telimdə əl izin qalıb,
Yanıb qurtarsan da, bil közün qalıb,
Eşqin ürəyimdə tukənməz, sonsuz,
Bir bilsən necəyəm, necə insafsiz...
Dözə-dözə yollarını gözlədim.,
Dərdlərimi ürəyimdə gizlədim,
Sən bir günəşimsən çənsiz,dumansız,
Bir bilsən necəyəm, necə insafsiz...
Bir-bir arzularım içimdə ölür,
Həyatım qaralır, günəşim sönür,
Solur ayım-ilim məhbəsə dönür,
Necə amansızsan,necə, amansız,
Bir bilsən necəyəm, necə insafsiz...
Gülüşüm sozalıb gülə bilmirəm,
Dərdimi kimsəylə bölə bilmirəm,
Sanki ölümsüzəm,ölə bilmirəm,
Bu dünya mənmçün ansız,zamansız,
Bir bilsən necəyəm, necə insafsiz...
İçimdə hisslərim dustağım olub,
Yolların, izlərin gözdağım olub,
Hər ötən bir günüm qınağım olub,
Sənsiz gecələrim qalıbdı dansız,
Bir bilsən necəyəm, necə insafsiz...
Sənsiz bu ömür-gün solur neyləyim,
Ürəyim kövrəlir, dolur neyləyim,
Səsin qulağıma, gəlir neyləyim,
Uçurub dünyamı, qoyma dünyasız,
Bir bilsən necəyəm, necə insafsiz...
Sənə deyiləsi çox sözüm qalıb,
Saçımda, telimdə əl izin qalıb,
Yanıb qurtarsan da, bil közün qalıb,
Eşqin ürəyimdə tukənməz, sonsuz,
Bir bilsən necəyəm, necə insafsiz...
20.09 2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






