Xəbərlər
12.09.2025, 00:44
Menendesin erməni xanımı azadlıqdan məhrum edildi
ABŞ-nin Nyu Cersi ştatının keçmiş senatoru Bob Menendesin erməni həyat yoldaşı Nadin Menendes korrupsiyaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilir ki, məhkəmə onu nağd pul, qızıl külçələr və dəbdəbəli avtomobil götürməkdə təqsirli bilib.
Üstəlik, prokurorluq ona ən azı 7 il, Probasiya İdarəsi (şərti azadlığa buraxılmış şəxslərə nəzarət edən qurum - red.) isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.
“2022-ci ildə FTB cütlüyün Nyu-Cersidəki evinə basqın zamanı müstəntiqlər qarajda 480 min dollar nağd pul, təxminən 150 min dollar, qızıl külçələr tapıb”, - AP yazıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay