AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələ Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması haqqında olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini və təkcə cari il ərzində dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl şəkildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalandığını bildirib. Qeyd edib ki, həmçinin ölkəmizdə bu günlərdə Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.

Dövlətimizin atdığı sözügedən addımlara müvafiq olaraq AMEA-da da bu sahədə fəaliyyətin icra olunduğunu deyən akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında yaradılmış “Elektron Akademiya” şöbəsinin ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza ataraq özünü doğrultduğunu bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində “Elektron Akademiya” şöbəsinin adının dəyişdirilməsi və müvafiq olaraq, fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurəti meydana çıxıb.

Qeyd olunan məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması təklifinin ölkəmizdə dövlət başçısının rəhbərliyi altında bu sahədə aparılan işləri tam əhatə etdiyini söyləyib.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilərək Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb.

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31