Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.


Bildirilib ki, Nərmin Hətəmova bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, magistratura təhsilini isə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq ikili diplom proqramı üzrə tamamlayıb. O, 2010-cu ildən etibarən satınalma, logistika və insan resursları sahələrində müxtəlif təşkilatlarda fəaliyyət göstərib. Qeyd edək ki, Nərmin Hətəmova bu təyinatadək də Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini vəzifəsində çalışıb.

Emil Vahabov bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində, magistratura təhsilini isə Lənkəran Dövlət Universitetində başa vurub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorantura təhsilini davam etdirir. Azərbaycanda və xaricdə 20-dən çox elmi məqalənin müəllifidir. O, 2003–2023-cü illərdə Lənkəran rayonu M. Bağırov adına Girdəni kənd tam orta məktəbində biologiya və kimya müəllimi kimi çalışıb, 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.

Aytən Ağayeva M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda bakalavr təhsili alıb. O, 1999–2005-ci illərdə Qəbələ rayonu Zarağan kənd 1 saylı orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərib. 2009–2010-cu illərdə Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib. 2010-cu ildən etibarən UNEC nəzdində Qida Sənayesi Kollecində müxtəlif vəzifələrdə çalışıb, 2017-ci ildən son təyinata qədər isə şöbə müdiri vəzifəsini icra edib.

Son xəbərlər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31