Bakıda, Əmircan kəndində Şor gölü deyilən ərazidə (Bülbülə gölü də deyilir) ətrafında yeni bulvar, Park salınır. Əlbəttə, bu çox müsbət, Dövlətimiz tərəfindən həyata keçirilən tərifəlayiq, alqışlanılası bir layihədir. Uşaqlıq vaxtlarımızın acılı-şirinli xatirələr dolu gölü bir azca müddətdən sonra Bakının Venetsiyası kimi tanınacaq. Bir az keçmişi vərəqləyək... Atamgilin həyəti də demək olar elə 3-5 addımlıqdadı. Daha doğrusunu desəm, vaxtilə Şor bizim həyətimizdə olub. O vaxt (uşaq vaxtı) elə bilirdik ki, göl ətrafındakı qamışlıq məhəlləyə, gölə bəzək verən qiymətli daşdır. Elə anlayırdıq ki, o qamışların arxasından suyun açıq-göy güzgüsü kimi bərq vuran ləpələr əsrlər boyu məhəlləmizin, qohum-əqrəbə və qonşu həyətlərimizin dincliyinin keşiyində dayanıb. Şorun içində, suyun dərinliyinə doğru, çox irəlidə bir buruq vardı. Mən ikinci sinifdə oxuyanda, rəhmətlik ibtidai sinif rəhbərimiz Fəxrəndə müəllimə danışmışdı ki, vaxtilə hansısa neftxuda o buruğu neft çıxarmaq üçün orda qazdırmışdı, lakin o ərazidən o zaman az neft çıxdığı üçün, xaricdən xüsusi mühəndis gözlədikləri üçün tamamlama işləri yarımçıq qalmışdı, əvəzinə qara mazut çıxırdı. Qoca adamların dediyinə görə, mazut təmiz mazut imiş, çirkli mazut deyilmiş. Çünki, mənim 6-7 yaşım olanda, bizim həyətin arxasından adamları vedrə ilə mazut yığan görmüşdüm. Şor elə həyətimizin içində idi, bunu bütün kənd adamları bilirlər. O vaxt hamı öz şəxsi vəsaiti hesablarına "Kamaz"-larla qum, çınqıl, beton, tullantı daşları, iri qaya parçaları və s...daşıyıb, Şorun şıltaqlığının qarşısını almağa səy göstərib, davam edirdi. Tez-tez böyük yanğınlar olardı, çünki, suyun üzü neft, mazut idi, bircə kibritə bənd idi...

226 nömrəli məktəbdə tarix müəllimimiz kənd ağsaqqalımız olan rəhmətlik Əlibaba Təhməzov Şor haqqında və orda dərinliyinin metri daha çox olan Anbar haqqında o qədər maraqlı tarixi söhbətlər eləmişdi ki...Xatırladım ki, Anbar deyilən ərazidən Bakı kəndlərinin adamları, xüsusilə yaşı 90-ı keçmiş nənələr gilabi yığmağa gəlirdilər. Ağsaqqalların dediyinə görə, kənddə 18 qəbiristanlıq olub. 1932-ci ildə sökülərək qazıntılar aparılmış qəbiristanlığın üst qatlarında İslama qədərki dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki skelet aşkarlanıb. Bütün bunlar Əmircanda bizim eradan çox-çox əvvəllər yaşayış olduğunu deməyə əsas verir.

Qeyd edək ki, vaxtilə Əmircan ərazisində neft quyuları qazılarkən dərin qatlarda heyvan sümükləri tapılıb. Burada şir, ayı, kərgədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət heyvan qalıqları aşkar edilib. Bu ərazidə vaxtilə, əsrlər öncə göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir. Göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor gölü ərazisində, Anbar tərəfdə ağ və göy gilabı çıxırmış. Bu sabunu əvəz edirdi. Müxtəlif qaşınma növlərini qurudub, sağaldırmış. Şəhər əhalisi ağ və göy gilabdan paltar, palaz, xalça yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib. Bilirsinizmi, nə qədər xatirələrimiz var? Bir kitab bəs eləməz...

Məlumata görə, Şor gölündə layihələndirmə işləri başa çatdırılıb.
Evlərin damı tərtəmiz dəyişilib, o cümlədən atamgilin evinin damı, yüz illər bundan qabaq tikilmiş evlərə xüsusi rəng qatılıb, görkəm verilib. Köhnə həyət qapıları hamısı dəyişilib və davam edir. Məhəllələr tametlənib və bu mövzuda da iş dayanmadan davam edir. Yəni, nə lazımsa, təmənnasız, Dövlət vəsaiti hesabına yenilənib.

Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Yeni bulvarda restoran və kafelərin fəaliyyət göstərməsi, dairəvi velosiped yolunun çəkilməsi nəzərdə tutulub. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq, katamaran işləyəcək. Layihəyə görə gölün üzərindən körpü də salınacaq. Belə xeyirxah, nəcib, savab işi görənləri kənd sakinləri alqışlayır və yurdumuzun gözəllik diyarına çevrilməsinə vəsilə olanlara dərin minnətdarlıq hissi bildirirlər.

Mayisə Əsədulla Əliyeva
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

Son xəbərlər

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31