Yay mövsümündə demək olar ki, az qala hər gün suda boğulanlarla bağlı xəbərlərə rast gəlirik. Bəzən də kimsə suda batan başqa birini xilas etmək istəyərkən özü də boğularaq ölür. Bu isə heç də suda boğulan şəxslərin üzə bilməməsi anlamına gəlmir.

“Qafqazinfo”nun məlumatına görə, mütəxəssislər suda boğulmaların bir sıra səbəblərini açıqlayır.

Buna dolu mədə ilə suya girmək, uzun müddət idman etməmək, ürəkdə yaranan problemlər, əzələlərdə qeyri-ixtiyari yaranan sancılar, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.

Bundan başqa, mütəxəssislər hadisə zamanı suda boğulan şəxsi xilas etmək üçün təlim keçməyən şəxslərin bu prosesə qoşulmasını əsla tövsiyə etmir.

Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.
Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır.

Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

Son xəbərlər

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031