“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Yay Fest 2025” gənclər festivalı çərçivəsində “Humanizm” düşərgəsi təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, düşərgədə iyulun 21-dən 25-dək 250 gənc humanist dəyərlər, emosional anlayış və sosial məsuliyyət prinsipləri ətrafında bir araya gələrək həm sosial bacarıqlarını, həm də biliklərini artırıblar. Düşərgənin əsas məqsədi humanizm ideyalarının gənclər arasında təşviq olunması və onların cəmiyyətə qarşı məsuliyyətli fərd kimi formalaşması olub.

Şamaxıda açıq hava şəraitində və çadır formatında baş tutan həmin festival zamanı gənclər bir sıra maarifləndirici sessiyalar, motivasiyaverici çıxışlar, interaktiv təlimlər və panel görüşlər vasitəsilə insan hüquqları, empatiya, könüllülük və sosial məsuliyyət kimi mövzular ətrafında maraqlı müzakirələr aparıblar. Eyni zamanda, gənclər üçün təşkil olunan master-klaslar, kvest oyunları, idman yarışları və haykinq onların sosiallaşmasına, yaradıcılıq və komanda bacarıqlarının inkişafına xidmət edib. Şamaxı Astrofizika Rəsədxanasına təşkil edilən ekskursiya iştirakçıların astronomiya elminə olan marağını artırıb.

Düşərgənin axşam proqramlarında gənclərin fərqli üslublarda hazırladığı səhnəciklər, DJ performansları, eləcə də tonqal ətrafında keçirilən dostluq görüşləri və gənclərin sevimli müğənnilərin canlı ifaları unudulmaz atmosfer yaradıb. Tonqal ətrafında iştirakçılar öz səmimi təəssüratlarını bölüşərək burada qazandıqları bilik və dostluqların onların həyatında dərin iz buraxdıqlarını qeyd ediblər.

Avqustun 29-dək davam edəcək festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək. Həmin unikal platforma ümumilikdə 2 mindən çox gənci əhatə edəcək.

Xatırladaq ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, gənclər http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.




















Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31