
Xəbərlər
8.07.2025, 23:01
Brilyant Qurbanova : Allah verən bir sərvətdi qocalıq - FOTO
Qocalıq.
Dağa bənzər... dağ sanballı yaşasan,
Ad-sanına bir şöhrətdi qocalıq.
El-obanın qeyrətini daşısan,
Ünvanına bir hörmətdi qocalıq.
Geyimini, deyimini bilməsən,
Həm ağlayıb, həm yerində gülməsən,
Çarə olub, ürəkdən qəm silməsən,
Peysərinə bir töhmətdi qocalıq.
Ömrün, günün zəhmətinlə bəzənsə,
Ustadnamə libasıyla düzənsə,
Atəş kimi Haqq adıyla gəzənsə,
Allah verən bir sərvətdi qocalıq.
Ad-sanına bir şöhrətdi qocalıq.
El-obanın qeyrətini daşısan,
Ünvanına bir hörmətdi qocalıq.
Geyimini, deyimini bilməsən,
Həm ağlayıb, həm yerində gülməsən,
Çarə olub, ürəkdən qəm silməsən,
Peysərinə bir töhmətdi qocalıq.
Ömrün, günün zəhmətinlə bəzənsə,
Ustadnamə libasıyla düzənsə,
Atəş kimi Haqq adıyla gəzənsə,
Allah verən bir sərvətdi qocalıq.
07.07.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











