
Xəbərlər
20.12.2021, 00:19
Tahir Rəcəbov: Yetişdi qocalıq...
Yetişdi qocalıq, getdi cavanlıq,
Getdi diş ağrısı çəkilən kimi,
Belimi ağrıdan, çiynimi əzən,
Ağır bir şələdən qurtulan kimi.
Daha görüşlərə tələsmirəm mən,
Nəfəsim tutulmur yar həvəsiylə.
Can daha naz-nemət hərisi deyil,
İncidən olsa da, küsə bilmirəm.
Ayıra bilmirəm öləni sağdan.
Ən əziz insanlar yadımdan çıxır.
Elə ağlayıram, hey sızlayıram,
Bilmirəm ancaq ki, nədir ağladan...
Qüvvə də qalmayıb indi əlimdə,
Yapışıb saxlaya biləm həyatı,
Çoxdan cavanlığın getdi saatı,
İlahi, hazıram özüm də gedəm...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












