Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycanəsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycanəsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulub və ağır bədən xəsarətləri yetirilib.

Nəticədə 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.

İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümlədən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində ölüb.

Həmçinin Rusiya Federasiyasının səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan Respublikası vətəndaşlarının olması və hazırda Rusiya Federasiyası ərazisində tibb müəssisəsində müalicələrinin davam etdirilməsi müəyyən edilib.

Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcək.

Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930