Xəbərlər
29.06.2025, 01:17
Rusiyalı politoloq Yekaterinburq hadisələrini şərh edib: “Bu, sadəcə, dəhşətdir”
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətləri nəticəsində iki azərbaycanlının öldürüldüyü, daha üç nəfərin isə reanimasiyaya yerləşdirildiyi Yekaterinburq hadisələrini şərh edib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə o, özünün telegram-kanalında bildirib.
“Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır”, - deyə S.Markov vurğulayıb.
O, belə hadisələrin ictimaiyyətin haqlı hiddətinə səbəb olduğunu qeyd edib və obyektiv araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay