Xəbərlər
4.06.2025, 22:50
Tramp tarifləri 2035-ci ilə qədər ABŞ-nin büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq
Tramp administrasiyasının tarifləri növbəti onillikdə büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq, lakin bu, həm də ölkə iqtisadiyyatının yavaşlamasına səbəb ola bilər.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Bürosunun qiymətləndirməsində deyilir.
Vurğulanıb ki, tariflərin artırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının yavaşlamasına gətirib çıxaracaq:
“ABŞ iqtisadiyyatının ölçüsündə dəyişiklikləri nəzərə alaraq, tariflər ümumi federal büdcə kəsirinin 2,8 trilyon dollar azalmasına səbəb olacaq”.
Konqresin Büdcə Ofisi həmçinin 2025-2026-cı illərdə inflyasiyanın hər il 0,4 faiz bəndi artacağını və bunun da ev təsərrüfatlarının və bizneslərin alıcılıq qabiliyyətinin azalmasına səbəb olacağını proqnozlaşdırıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay