Azərbaycan Basketbol Liqası: "Sabah" və "Neftçi" finala yüksəlib
Azərbaycan Basketbol Liqasında finala yüksələn komandalar bəlli olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Sabah" və "Neftçi" kollektivləri həlledici raundda mübarizə aparacaqlar.
"Sabah" ikinci görüşdə "Şəki"ni (96:72), "Neftçi" isə "Abşeron"u (81:72) məğlub edərək finala vəsiqə qazanıb.