Vaxtı ilə ölkəmizdə mübariz vəkil olmuş Elçin Namazovun faciəli ölüm xəbərin eşidəndə ağlımdan keçən ilk cümlə başlığa çıxardığım söz oldu...
Çox üzüldüm, çox pis oldum...
İnsan həyatında bütün acı xəbər eşidilən kimi, o, insanı sarsıdır...
Tanış idi, böyük əksər mətbuat işçisinin ağsaqqalı sayılan Ədalət Nəbibəylinin sayəsində tanış olmuşdum. Sonralar Ədalət müəllimsiz ünsiyyətimiz dostluğa çevrildi. Hətta elə münasibət qurmuşduq ki, işlərimizin başımızdan aşmasına baxmayaraq zəngsiz, əlaqəsiz keçinə bilmirdik. Vərdiş etmişdik, yoxsa...

Bir dəfə zəng etdi ki, uşaqların toyudu, istəyirəm sən də orada olasan. Heç nə deməyib, ünvanı soruşdum. "Günəş" petrol tərəfi dedi. O ərazidə yerləşən köhnə şadlıq evini nişan verdi. Sevinərək getdim. Getməyədə bilməzdim...
Çox etibarlı, sədaqətli dost idi. Azad fikirli, müstəqilliyi qanıyla, canıyla duyan biri idi. Vəkil kimi çıxdığı demək olar hamsını diqqətlə izləyirdim...
Həttda bir dəfə söhbət əsnasında demişdim ki, - "səndə işlər olur da, onlardan ver bizə, verim uşaqlara işləyib beş-üç manat qazansın". Çünki, eşitmişdim ki, vəkillər, hətta bəzi hakimlər mətbuat nümayəndələri ilə gizlin işləyir. Ehtiyat etdi -deyə bilmərəm, amma başa düşdüyüm ki, buna razılaşmaması əqidə söhbəti idi. Ölkənin, cəmiyyətin hansı gündə olduğun ağlım kəsdiyi qədər izah etdim, məni yola verib, "baxarıq" - dedi, amma, əməl etmədi...

Ruhən çox azad idi, satqınlığı, işverənliyi, əqidəyə naxələfliyi xoşlamırdı...
Yaşca ondan böyük olduğumdan dediyimi, izah etdiyimi başa düşürdü. Amma, öz bildiyin edirdi...
Bir dəfə, buna qədər də bir müxalif təşkilat üzvünün vəkili olmuşdu, deyə, vəkili olduğu iş diqqətimdən yayınmırdı. İndikindən İraq, o vaxtın mətbuatı da özün sərbəst, azad hiss edirdi. İndiki kimi, "telefonoqrama" ilə göndərilən məlumatları dərc etməkdə mətbu qrumun rəhbəri tam azad idi. Ona görə də, mətbuatdan Elçin Namazovun müdafiəçisi olduğu işi maraqla izləyirdim. Hərdən içimdə bir qürur hissi də keçirirdim, Elçin kimi oğulu tanıdığıma görə...
Bir dəfə, sonuncu dəfə Nəriman Nərimanov metrostansiyasının üstündə, eyni adlı parkda görüşdük. Düzdü, o vaxta qədər həftədə ən azı iki dəfə oralarda görüşürdük. Sonuncu dəfə...
Bilirdim sıxılır, burada vəkillik görürdüm onluq deyildi. Cəsarət etmirdim ki,-"çıx get bu ölkədən" - deməyə də. Çox sarsılmışdı. O cür onu seyr etmək mənim üçün çətin idi...
Xeyli söhbət etdik. Ölkədən gedəcəyini deməmişdi...
Bir müddətdən sonra onu tanıyan dostlardan soraqlaşanda, bildirdilər ki, xaricə köçüb. Üzüldüm. Fb-dostlarımdan soraqlaşdım, dostluq göndərdim. Bir müddət dostluğumuz davam etdi. Çox üzülürdü, ölkəni tərk etməyinə görə. Amma, ölkə də nə edək ki, yaşamalı ölkə deyildi...
Bu gün, Ağır Cinayətlər Məhkəməsindən gəlib, fb-da Ədalət Nəbibəylinin, Elçin Namazov haqqında dünyasını dəyişməsini bildirən yazını oxuyanda, bu günə qədər tanıdığım və bu gün üzləşdiyim vəkilləri görüb, sənin qarşında xəcalət çəkdim qardaş...
Sən çox böyük insan idin. Bax bizləri belə məhv edirlər...
Allah sənə rəhmət etsin, ruhun şad, məkanın cənnət olsun...
Bir Elçin də bu dünyadan, öz ölkəsində boğulduğuna görə, getdiyi ölkədə dünyasını dəyişdi. Allah bizi baxışlasın. Dəyərli oğulların istər ölkədə, istərsə də hərəsin bir ölkədə itirə-itirə gedirik...
P. S. 44 günlük müharibədə şəhid bacısı oğlunun şəkili altında, - "dayın sənə qurban sözün oxuyub çox qübarlanmaşdım. Şəhid balamıza şeirdə yazmışdım...
DAYIN SƏNƏ QURBAN

Yaxın dostum, əslən Füzuli rayonundan olan, cəsarətli vəkil Elçin Namazovun, 44 günlük Vətən uğrunda gedən müharibədə şəhid olan bacısı oğlu Ələsgərov Sənan Əkrəm oğlunun şəkli altında yazdığı - " Dayın sənə qurban" sözləri içimdə bir ağrı yaratdı. Duyğularımı aşağdakı kimi sətirləndirdi...
Sözün yaman tutdu, göynətdi məni,
Qeyri - ixtiyari doldu gözlərim.
Bütün ŞƏHİDLƏRƏ UCA TANRIDAN,
Rəhmət diləməklə bitdi sözlərim.

"Dayın sənə qurban" yazdın ağrıdan,
Əlacın tək buna çatdı qardaşım.
Amma içimizdə olan qorxunu,
Sənan tək oğullar atdı qardaşım.

Vətən övladları, igid ərənlər,
İllərin acısın candan çıxardı.
Onlara "Dur", "Dayan"-deyən olmasa,
Dünyanı, düşmənin başna yıxardı.

" Dayın sənə qurban" ağrına sənin,
Bilmədim nə deyim, ağlıma gəlməz.
Dedim bəlkə sənə , təsəlli verim..?
Billəm təsəllim də ağrını silməz.

Bu gözəl balalar, igid oğullar,
Sözlərin söylədi cavan canıyla.
Torpağı, namus tək, müqəddəs etdi,
Onu boyadığı şəhid qanıyla.

Sözün yaman tutdu, göynətdi məni,
Qeyri-ixtiyari doldu gözlərim.
Bütün ŞƏHİDLƏRƏ UCA TANRIDAN,
Rəhmət diləməklə bitdi sözlərim.


Elxas Comərd,
AYB-nin üzvü...

Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31