
Xəbərlər
30.03.2025, 01:24
DAŞDƏMİR ƏJDƏROĞLU : SÖZÜN ŞÖHRƏT TACI - FOTO
SÖZÜN ŞÖHRƏT TACI
Ömrünü şam kimi masa arxasında əritmiş V.Kəhrizli yaşasaydı...
Sənət aləmində qüdrət sahibi olan sənətkar həmişə öz başında şöhrət tacı gəzdirib. O, tac sözdür. Cəmi üç hərfdən ibarət olan bu kəlmədə böyük qüdrət və qüvvət var. Söz sənətkarı ən uca zirvəyə qaldırar, onu əbədi yaşar bir qüvvəyə çöndərər. İlham çeşməsindən axan su qətrə-qətrə oxucu qəlbinə süzüldükcə saflaşır, durulaşır, istedad sahibinə bir ölməzlik gətirir. Ustad Məmməd Araz həmin üç hərfli sözü belə nəzmə çəkib:
Qələmim yol çəkə, dağ yara bilmir,
Yoxdu sözlüyümdə sözdən ayrı dən...
Yoxdu sözlüyümdə sözdən ayrı dən...
Şairin “sözlüyü” onun beynidir, ürəyidir. Həyat həqiqətlərini duyanda, əsrin ağır dərdlərini görəndə, gözəllərin göz oxşayan gözlərinə məftun olanda “sözlük” açılır, misraya çevrilir, kağız üzərinə tökülür. Oradan da sərhədləri aşaraq özünü söz azarkeşlərinə, özünün pərəstişkarlarına çatdırır. Mərhum şairimiz Vaqif Kəhrizli də sözü belə təsvir edib:
Söz sevgimdir, məhəbbətdir,
Söz atəşdir, hərarətdir.
Ürəyimdən dağıtmaram,
O atəşi, o sözü mən.
Doğru sözüm ləyaqətdir,
İtirmərəm sözlərimdə,
Ədaləti, ləyaqəti.
Söz ucadır, məndən uca,
Bilirəm bu həqiqəti.
Şair olmaz, söz olmasa,
Sözlərində yanar alov,
Köz olmasa!
(“Söz və mən”)
Söz atəşdir, hərarətdir.
Ürəyimdən dağıtmaram,
O atəşi, o sözü mən.
Doğru sözüm ləyaqətdir,
İtirmərəm sözlərimdə,
Ədaləti, ləyaqəti.
Söz ucadır, məndən uca,
Bilirəm bu həqiqəti.
Şair olmaz, söz olmasa,
Sözlərində yanar alov,
Köz olmasa!
(“Söz və mən”)
Vaqif Kəhrizli kim olub? Həmyaşıdları onu yaxşı tanıyır, gözəl xatırlayırlar. Amma bugünkü nəsil onun haqqında məlumatlı olmasa da, onu tanıtmaq istərdik. Vaqif Cabbar oğlu Əliyev (ədəbi təxəllüsü Vaqif Kəhrizli) 1953-cü ildə Beyləqan rayonunun Kəhrizli kəndində anadan olub. O, ibtidai təhsilini Kəbirli kənd orta məktəbində alıb, ailəsi 1966-cı ildən Ağcabədi rayonunun Kəhrizli kəndində yaşamağa başlayıb. Vaqif Kəhrizli də təhsilini Kəhrizli kənd səkkizillik məktəbində, 9-10-cu sinifləri isə Boyat kənd orta məktəbində davam etdirib, 1970-ci ildə başa vurub. Elə həmin ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1972-1974-cü illərdə hərbi xidmətdə olan V.Kəhrizli sonradan təhsilini davam etdirərək 1975-ci ildə texnikumu bitirib. O, Kəhrizli kəndində əvvəlcə klub müdiri, sonra isə mədəniyyət edinin direktoru vəzifələrində çalışıb.
1992-ci ildə Səbuhi Nuriyev adına Kəhrizli kənd uşaq musiqi məktəbində fəaliyyət göstərib. 5 mart 2019-cu ildə 66 yaşında dünyasını dəyişib.
Altı övladı var.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Birinci Qarabağ müharibəsində öndə gedən döyüşçülərdən olub, özünün sözünü qələmi ilə yox, əlindəki silahı ilə deyib.
V.Kəhrizli “Ana dilim ölən deyil”, “Sənə sevinc gətirsin”, “Uçan qartal, qayıt geri”, “Yaxşıların yaxşısı”, “Azərbaycan bayrağı”, “Yaşa, Azərbaycan, yaşa, Türkiyə”, “Dünya, zaman, insanlar”, “Peyğəmbər”, “Bir ömrün işığında” kitablarının müəllifidir. “Dünya mənim evimdir” kitabını ömrünün son çağlarında şap etdirmişdi.
Ömrünü şam kimi masa arxasında əritmiş V.Kəhrizli də sözün qüdrətini duyan, onu yüksək zirvəyə qaldıran sənət adamlarından olub. Əlinə qələm alıb şer yazan gündən sözün kəsərinə, dəyərinə diqqətlə fikir verə-verə ömrünün sonunadək bu meyarları qoruyub saxlayıb.
Həmişə oxucuları onun poeziyasından yeni şer, yeni fikir axtarmaqla şairi addım-addım izləyiblər. Ilhamla yazılan hər bir sənət nümunəsi zorla yox, xoşla oxucunun dilinin əzbəri olmuşdur:
Aylar ötür, il dəyişir,
Gedən geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa, bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan – mənim elim,
Azərbaycan mənim dilim.
Doğransa da, dilim-dilim,
Başqa dilə çönən deyil.
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm,
Ana dilim ölən deyil!
Gedən geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa, bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan – mənim elim,
Azərbaycan mənim dilim.
Doğransa da, dilim-dilim,
Başqa dilə çönən deyil.
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm,
Ana dilim ölən deyil!
Bu şeiri bütöv niyə təqdim etdim. Uzun müddət bu şeir ustad M.Arazın adına bağlanıb, qiraətçilər onu ustadın şeiri kimi təqdim ediblər. Əslində isə bu şeirin qanuni müəllifi Vaqif Kəhrzilidir. Hətta mərhum xanəndə Əlibaba Məmmədov özünün dəstəsi ilə Ağcabədiyə konsert verməyə gəlir, fürsətdən istifadə edib həmin şeirini Əlibaba müəllimə təqdim edir. Şeir xanəndənin xoşuna gəldiyindən onu repertuarına daxil edir və oxumağa başlayır. Məhz Əlibaba Məmmədovun ifasından sonra şeir ölkə miqyasında tanınır və hər bir ifa zamanı Vaqif Kəhrizlinin müəllifliyi qeyd edilir. Məhz bu görüşdən və müəllifin özünün eyniadlı kitabının nəşrindən sonra şeirin öz sahibinin olduğu təsdiqlənir.
Vaqif müəllimin ən kiçik şerindən tutmuş lap iri həcmli əsərlərinə kimi sözün kəsəri, sözün dəyəri qarşısında heyrətlənməyə bilmirsən. “Dünya mənim evimdir” şeirini elə bil bu gün yazıb və üzünü nəhəng dövlətlərin başçılarına tutaraq onları sülhə səsləyib:
Siz, ey böyük başçılar,
Dinləyin bir sözüm var.
Xilas edin bəşəri,
Şeytanın fitnəsindən.
Ölüm təhlükəsindən,
Unudun qanlı hərbi.
Qoruyun hər tərəfi,
Planeti, hər yeri...
Dinləyin bir sözüm var.
Xilas edin bəşəri,
Şeytanın fitnəsindən.
Ölüm təhlükəsindən,
Unudun qanlı hərbi.
Qoruyun hər tərəfi,
Planeti, hər yeri...
Burada izahata heç bir ehtiyac duyulmur. Bu kiçicik şeirdə dünyanı məhv edənləri, onun təbiətinə, insanlarına qənim kəsilənləri sözün qüdrəti ilə qamçılayır, onlarıp müharibədən çəkindirir:
Müharibə etməyə,
Başlamayın yenidən.
Ölən, öldürən insan,
Qana batan bu cahan.
Söyləyirəm ucadan,
Dünya mənim evimdir!
Evimə qan tökməyin,
Müharibə etməyin!
Müharibə etməyin!
Başlamayın yenidən.
Ölən, öldürən insan,
Qana batan bu cahan.
Söyləyirəm ucadan,
Dünya mənim evimdir!
Evimə qan tökməyin,
Müharibə etməyin!
Müharibə etməyin!
Bu danılmaz bir həqiqətdir ki, Vaqif Kəhrizli şeiri həqiqi mənada düşündürən sənət nümunəsidir. Elə buna görə də cəsarətlə demək olar ki, axırı Azərbaycan hüdudlarını aşıb keçən Vaqif şerinə sərhəd yoxdur. Bir şeyə təəssüflənirəm ki, niyə sağlığında Vaqif Kəhrizlini tanımamışam, onu oxumamışam. Amma bu gün onu tanımaq, oxumaq səadəti mənə nəsib olub. Bu səadəti də mənə verən, körpünü yaradan qızı İlahə xanım İbrahimovadır. İlahə xanımın Xırdalandakı çalışdığı müəssisədə müalicə alarkən onun dilindən eşitdim ki, söz həvəskarıdır, arada şeir yazır, sözarası atası Vaqif müəllimin də vaxtilə şeir yazdığını, kitab buraxdığını nəzərimə çatdırdı. Maraq məni onun yaradıcılığına yönəltdi. Onun bir neçə şeirini telefonla mənə göndərdi. Sonradan isə sonuncu kitabını mənə təqdim etdi. Kitabı başdan-ayağa nəzərdən keçirdim, hətta elə oldu ki, bir neçə şeiri dönə-dönə oxudum. Kitabla məhz bu tanışlıqdan sonra mərhum şairimizə rəğbətim artdı. Qərara aldım ki, kitabdan aldığım təəssüratlarımı, Vaqif müəllimin şeir dünyasından qaynaqlanan bəzi mətləblərlə onu tanımayanları tanış edim.
Azərbaycan adlı bir diyarın çox-çox əvvəlki tarixi dərdləri Vaqif Kəhrizli qələminin, Vaqif Kəhrizli sözünün ecazkar qanadları üstündə qol açaraq gəzir, xalqı birliyə, parçalanmamağa səsləyir.
Şəhidlərin məzarında qərənfillər dəstə-dəstə,
Yurd həsrətin çəkə-çəkə, milyon ürək düşüb xəstə.
Ruhunu məhv etmək üçün düşmənlərin dolub qəsdə,
Qürurunu qırmaq üçün hey tor qurur sənə şeytan,
Oyan, oyan, parçalanma, möhkəm dayan, Azərbaycan!
Yurd həsrətin çəkə-çəkə, milyon ürək düşüb xəstə.
Ruhunu məhv etmək üçün düşmənlərin dolub qəsdə,
Qürurunu qırmaq üçün hey tor qurur sənə şeytan,
Oyan, oyan, parçalanma, möhkəm dayan, Azərbaycan!
Və yaxud “Öz oğlun qoruyur Azərbaycan” şeirində qorxmaz zabitlərimizi belə vəsf edir:
Sənin hər sözündə alov var, od var,
Əməlin dəyanət, şərafət kanı.
Başın uca olsun anamız Vətən,
Öz oğlun qoruyur Azərbaycan!
Əməlin dəyanət, şərafət kanı.
Başın uca olsun anamız Vətən,
Öz oğlun qoruyur Azərbaycan!
Ömür-gün deyirəm, nə təhər ucuzlaşmış, Vaqif müəllim. Kimin təmkin yaşı çatdı, kimin yubiley günü yetişdi, kimin yazı, kimin payızı, kiminin qışı... Hər şey, hər yadda qalmalı, tarix qarışmış dünyamızın sıxıntıları içində əriyib gedir; təkcə özü ərimir, bizi də özüylə əridib yox eləyir. Onsuz da xalqın ən sakit, nisbi firavan günündə də şair ömrü qayğılar, əndişələr çəmbərində yanıb çökür.
Ağlınız kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləmisiniz. Bundan bezikmək nədi, qatlaşdığınız möhnəti bir yaşamaq vasitəsi bilmisiniz.
Ömür bir səhifə,
Saralacaq, solacaq.
Məndən sonra yadigar,
Əsərlərim qalacaq.
Hər misramda sevgi var,
Bu Vətən torpağına.
Kaş ki dönə biləydim,
Ağacda yarpağına.
Kaş son qoya biləydim,
Müharibəyə, qana.
Sevgi bəxş eyləyəydim,
Anamız bu cahana.
Saralacaq, solacaq.
Məndən sonra yadigar,
Əsərlərim qalacaq.
Hər misramda sevgi var,
Bu Vətən torpağına.
Kaş ki dönə biləydim,
Ağacda yarpağına.
Kaş son qoya biləydim,
Müharibəyə, qana.
Sevgi bəxş eyləyəydim,
Anamız bu cahana.
Nədənsə bu misraları oxuyanda Sizin ürəyinizin səsinə qulaq asdım. Elə bir səs ki özünüzü ağacdakı yarpağa oxşatmaq istəyirsiniz. Müharibəni, qanı kəsmək, cahana, bəşəriyyətə sevgi bəxş etmək fikrində olursunuz.
***
Bir damla sübh şehində kəhkəşan bütün əzəməti və möhtəşəmliyi ilə bərq vurur.
Bir damla sübh şehində Günəş kirpik çalır.
Bir damla şehin paklığından insanın min bir arzusu boy verir.
Bir damla şeh qəlbi saf insanın tale yoluna çıraq olur.
Amma belə insanlar az-az doğulurlar...
Amma bu səadət hər kəsə nəsib olmur...
Amma o da bir Tanrı qismətidir, tale naxışıdır...
Bir damla şehin paklığından insanın min bir arzusu boy verir.
Bir damla şeh qəlbi saf insanın tale yoluna çıraq olur.
Amma belə insanlar az-az doğulurlar...
Amma bu səadət hər kəsə nəsib olmur...
Amma o da bir Tanrı qismətidir, tale naxışıdır...
Tanrının əli üstündə olan belə insanlardan biri də bu işıqlı həyatdan erkən köçmüş şair Vaqif Kəhrizlidir. O, haqq dünyasındadır. Mən isə onun haqqında keçmiş zamanda danışa, yaza bilmirəm. Çünki Vaqif Kəhrizli bakirəliyi, Vaqif Kəhrizli munisliyi, Vaqif Kəhrizli ülviyyəti, Vaqif Kəhrizli ülfəti, Vaqif Kəhrizli ünsiyyəti, Vaqif Kəhrizli səmimiyyəti, Vaqif Kəhrizlinin Vətənə məhəbbəti bu gün də onu tanıyanların qəlbində işıq saçır.
Sevməkdir adətim, sevməkdir peşəm,
Sevə-sevə mən bu yaşa gəlmişəm.
Məhəbbət süzülür ruhuma, cana,
Sevgi bəxş edirəm Azərbaycana.
O, mənim anamdır anamdır, onunam mən də…
Bütöv bir Vətən var, bu ürəyimdə!
Sevə-sevə mən bu yaşa gəlmişəm.
Məhəbbət süzülür ruhuma, cana,
Sevgi bəxş edirəm Azərbaycana.
O, mənim anamdır anamdır, onunam mən də…
Bütöv bir Vətən var, bu ürəyimdə!
Vaqif Kəhrizli onun yaradıcılığı ilə tanışlıqdan sonra mənim yaddaşımda və mənim qənaətimdə şeh içində nur kimi yaşayır. Bu nur Vaqif müəllimin qəlbindən şölələnib və onun lirikasında, ümumən yaradıcılığında özünün parlaq təcəssümünü tapıb.
Vaqif Kəhrizli “şeir yazan” olmayıb. O, anadan şair doğulub. Bütün ruhuynan, bütün vücuduynan, uşaq paklığı heyrət
doğuran saf qəlbiynən şair doğulub. Qələmə sarılanda da şair
kimi sarılıb.
Bu yazımı filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Dünya mənim evimdir” kitabının redaktoru kimi yazdığı Ön sözdən bir fikirlə tamamlamaq istəyirəm:
“Məhəbbətin heç zaman tükənməsin. Yüksəkdə dayanan sözləriniz ucalıqdan yenməsin, şair qardaşım! Qələminiz iti, yazdığınız hər söz nurlu, daha da işıqlı olsun!”
Məhəbbət, məhəbbətdir,
Həm azı var, həm çoxu.
Məhəbbətdir hər kəsin,
Bu dünyada var-yoxu.
Məhəbbətdir həyatın,
Bər-bəzəyi, zinəti,
Ey insanlar qoruyaq,
Qoruyaq məhəbbəti!
Həm azı var, həm çoxu.
Məhəbbətdir hər kəsin,
Bu dünyada var-yoxu.
Məhəbbətdir həyatın,
Bər-bəzəyi, zinəti,
Ey insanlar qoruyaq,
Qoruyaq məhəbbəti!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





