Xəbərlər
26.03.2025, 01:01
Azərbaycan millisinin baş məşqçisi: "İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar"
İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar.
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini izah edib: "İlk hissədə iki komanda intensivlik göstərdi. İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar. Tapşırıqlarımızdan sonra hücuma atılmağa başladı. Balanslı oyun getdi, buna baxmayaraq iki qol buraxdıq. İkinci hissədə yaxşı oynadıq. Təəssüflər olsun ki, bəsit səhvlər buraxdıq. Hiss edirdim ki, komanda qol vura bilər. Ona görə də üçlü müdafiə sisteminə keçdik və cinahlardan daha çox hücum etməyə çalışdıq. Ümumilikdə oyunçularım yaxşı çıxış etdi. Məğlub olmamaq üçün əlimizdən gələni etdik. Futbolçular üzgündürlər, işimizi davam etdirməliyik".
F.Santuş gənclərə yer verdiyini xüsusi vurğulayıb: "AFFA ilə müqaviləm var. Baş məşqçinin işi futbolçuların potensialına baxmaq və onları təhlil etməkdir. Bu gün önə doğru bir addım atdıq. Çünki gənclərə yer verdik. Bir gün gələcək ki, Azərbaycan futbol ictimaiyyəti nəticələrə sevinəcək. Amma bu asan deyil, bir qədər zaman ala bilər. Mən də çox üzgünəm hamı kimi. Karyeramda heç vaxt bu qədər məğlub olmamışdım".
Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan Azərbaycan – Belarus görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay