
Xəbərlər
23.04.2020, 17:49
UEFA Avropa çempionatının vaxtını dəyişdi

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İngiltərədə (2021-ci ildə) keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatının tarixi dəyişdirilib.
UEFA-nın rəsmi saytı xəbər verir ki, yeni qərara görə, qadınlar arasında Avropa çempionatının oyunları 2022-ci il 6-31 iyulda baş tutacaq.
Final mərhələsinin oyunlarının keçiriləcəyi stadionların siyahısında dəyişiklik olmayacağı gözlənilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














