DAŞDƏMİR ƏJDƏROĞLU : Mənim sevimli dostum - FOTO
Mənim sevimli dostum
A.Linkoln: “İnsanların şəxsiyyəti güc və vəzifənin tətbiqi zamanı bəlli olur”.

Görkəmli Azərbaycan yazıçısı Anar demişdir: “Üç obrazı əsas götürmüşdülər – pəncərə, qapı, gücgü... bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də ki qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən həyatı seyr edirlər, seyrçidirlər...Və nəhayət, üçüncü qisim adamlar, onlar qapını açıb həyata, insanların yanına çıxanlardır”. Bax, Aydın Ağazadə də üçüncü qisim adamlardandır, həyata, insanlara açıqdır. O, cəmiyyətlə, insanlarla, onların problemləri ilə yaşayıb. Yaşının bu çağında da həyat dolu, həyat eşqli, pozitiv ruhludur. Baxmayaraq ki, tale ona çox keşməkeşli, əzablı, dərdyüklü, qüssəli anlar, illər yaşadıb, bu böyük insandakı nikbin ruhu söndürə bilməyib. İçində dərd olsa da, başqalarına yükləməyib, əksinə, qarşısındakına hər zaman müsbət enerji verib. Özünün dediyi kimi: “Ən ağır sarsıntılar içində də üzümdə təbəssüm gəzdirmişəm ki, başqalarına xoş əhval-ruhiyyə bağışlayım, ürəyimdən isə daim bir daş asılıb (Taleyin bəstələdiyi musiqini hələ notlara salan olmayıb). Yaxşılıq etdiyim adamlardan pislik görməyəndə sevinmişəm”.
L.Araqon demişdir: “Nikbinlik böyük insanların sərvətidir”. A.Ağazadəni özünə həyatda mühüm bir mövqe, ictimai sferada nizamlı və yüksək zirvə fəth etmiş bir insane kimi tanıyıram. Həyatını nizamlamağı bacarmayan insan bədbinliyinə qapılar. Nikbinlik ‒ iradədir, mətanətdir, dözümdür. Dostumuzu həyatda sıx bağlayan şey ‒ onun işinə, zəhmətə dərin məhəbbəti, cəmiyyətə, insanlara xeyir vermək arzusu və sevməyi bacaran ürəyidir. Həyatı olduğu kimi qəbul edib, çətinliklərə, acıya sinə gərə bilən bir ürək. S.Şamfor belə söyləyib: «Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır”.
Haqqında yazdığım bu böyük insanla bağlı mənim o qədər xatirələrim var ki...

Əvvəla, yaxından tanışlığımızı xatırlamaq istərdim. 1990-cı ilin yay ayı idi. Onda “Ədalət” qəzetinin nəşrinin hazırlığı gedirdi. Tələbə yoldaşım Rəşidi qəzetin baş redaktoru Aqil Abbas məsul katib kimi işə götürmüşdü. Yaz imtahanlarımı verib hay-küylü “Azərbaycan” nəşriyyatına gəldim. Redaksiyanın toplaşmaqda olan kollektivi indiki “Azərbaycan” qəzetinin yerləşdiyi 4-cü mərtəbədə məskunlaşmışdı. Bir-birimizi yavaş-yavaş tanımağa başladıq. İlk baxışdan gülərüzlüyü, xoş siması, şən zarafatcıllığı ilə məndə xoş təsir oyatdı. Qərara aldım ki, mən onunla mütləq dostlaşacağam. Və dostlaşdıq da...
DAŞDƏMİR ƏJDƏROĞLU : Mənim sevimli dostum - FOTO

Yazımın bu yerində həmkarım. “Ədalət”çi qələmdaşım Əbülfət Mədətoğlu demişkən, Aydın Ağazdə mənim yaddaşımda, mənim həyatımda, mənim dostlarımın sırasında daha çox “tikan”sız adam kimi qalıb. Başqa bir qələm dostumuz teatrşünas və dramaturq Çingiz Ələsgərliyə görə, onun tanıdığı və 40 ilə yaxın dostluq etdiyi Aydın insanları, vətənini, elini, ailəsini sevən, onun təəssübünü çəkən şəxsdir. Onun xasiyyətində müsbət cəhətlər həddindən artıq şoxdur. 40 illik dostum Aydın Ağazadəni tanıyanlar yaxşı bilirlər ki, bütün bu deyilənlər həqiqətdir.
Xalq artisti, Respublika Ağsaqqallar Şurasının üzvü, Prezident təqaüdçüsü Mərahim Fərzəliyev isə onu belə səciyyələndirir: “Bu gün əminliklə deyə bilərəm ki, Aydın həm jurnalistikada, həm yazıçılıqda, həm də dramaturgiyada öz sözünü demiş yaradıcı insandır. O, “Ədalət” qəzetində işlədiyi zaman haqq-ədalət axtarışı üzərində köklənən məqalələr yazır, kifayət qədər mürəkkəb bir dövrdə - Qarabağ müharibəsi illərində səngərdən reportajlar hazırlayırdı”. Aydın Ağazadənin yaxından tanıyan filologiya elmləri doktoru professor İsmayıl Məmmədov “Sözü ilə ucalan insan” xatirəsində istedadlı yazarın yaradıcılığını təhlil edərkən bəzi məziyyətlərindən də söz açır: “Aydın Ağazadə mənəvi keyfiyyətləri ilə seçilən, insanlara sevgi ilə yanaşan qələm sahibidir. Əslində bu, hər bir qələm sahibi üçün ən başlıca keyfiyyətlərdən biri olmuşdur”.
Mən də onu yaxından tanıyan bir dost kimi deyə bilərəm ki, o, “Ədalət” qəzetindən “Azərbaycan” qəzetinə ünvanını dəyişsə də, elə mənim üçün Aydın Ağazadə olaraq qaldı və bu gün də eyni səmimiyyətlə bir-birimizlə görüşür, bir-birimizi hörmətlə dinləyirik.
A.Ağazadə istər “Ədalət”çilər, istərsə də “Azərbaycan”çılar üçün həmişə doğmadır, əzizdir. O, bir həmkar kimi, keçmiş iş yoldaşları, sadiq dostları ilə o qədər sadə, mehriban və səmimi olub ki, istəyib qarşı tərəf də onunla eyni tərzdə rəftar eləsin. Bu bizə sevimli dostumuzdan bir örnək və vərdiş kimi qalıb.
Aydın Ağazadə işləməyi, yazıb-yaratmağı, düşünməyi özü üçün əyləncə sayanlardandır. O, zəhmət və yaradıcılığı ilə təkmilləşib, yüksək dərəcədə çalışmaq qabiliyyəti ilə hamıdan seçilib. Həyatın mənasını və mahiyyətini zəhmətdə tapan dostumuz heç vaxt onu sıxan problemlərə boyun əyməyib. Özündə azacıq qüvvə tapan kimi işinə qayıdıb.
Ziyalı ailəsində dünyaya göz açan A.Ağazadə deyir ki, babası gəmi kapitanı, atası isə geoloq olub: “Atam Rəhman Ağazadə uzun illər geoloq işlədi. Ailəsini halal zəhmətilə dolandırdı. Tanıyanlar onun necə dürüst, ədalətli insan olduğunu bilirlər. O, bizə hər zaman ata qayğısını hiss etdirirdi. Ancaq mən bu fikirdəyəm ki, ailə ocağı daha çox ana nəfəsi, nəvazişi ilə isinir. Mənim anam sanki ailəsinin, övladlarının başına dolanan pərvanə idi. Bizim dincliyimiz, rahatlığımız, səhhətimizdə, təhsilimizdə, işlərimizdə problemlə qarşılaşmamağımız... anam üçün xoşbəxt olmaq bu idi. Mən həyatım boyu onun qədər fədakar insan görmədim... Valideynlərimiz bizim düzgün tərbiyə almağımıza, doğru yola yönəlməyimizə çalışırdılar. Bunları bizə sözlə təlqin etmirdilər. İlk növbədə, özləri nümunə göstərirdilər. Onlar bizə halallığı, zəhmətdən qaçmamağı, yaxşı təhsil almağı, işinin peşəkarı olmağı, ləyaqətlə yaşamağı öyrətdilər”.
DAŞDƏMİR ƏJDƏROĞLU : Mənim sevimli dostum - FOTO

Bəli, o, 1972-ci ildə orta məktəbi bitirdi. Sənədlərini Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) verdi. Həmin dövrdə baş verənləri özü yada salaraq deyir: “On səkkiz yaşım vardı. Bir gün Kirov adına parkda - indiki Şəhidlər Xiyabanında bilyard oynayanda yazıçı Firudin Ağayevlə tanış oldum. Mənim savadım, danışıq qabiliyyətim, məlumatlı olmağım onun xoşuna gəldi. Dostlaşdıq. Məndən soruşdu: “Harda işləyirsən?”. Cavab verdim ki, heç yerdə. Firudin Ağayev Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyirdi. Mənə dedi ki, gəl televeziyaya, orda sənin kimi gənclərə ehtiyac var. Getdim. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində iki ay ştatdankənar rejissor köməkçisi işlədim. Yazıçı Nahid Hacızadə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor idi. Gördü yaxşı işləyirəm. Dedi ki, Aydını ştata götürün”.
Bundan sonra 1976-cı ilin mart ayında onu Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə götürüblər. Aprel ayında isə o dövrün məşhur teleproqramlarından biri olan “Səhər görüşləri”nin hazırlanması prosesində yaxından iştirak edir, veriliş respublikada çox sevilir və maraqla izlənilir. Aydın Ağazadə 1977-ci ildə M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi bitirib. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1990-cı ilədək müxtəlif vəzifələrdə çalışıb. Həmin il keçmiş sovet qoşunlarının Bakıda törətdikləri 20 Yanvar faciəsi zamanı Azərbaycan televeziyasında baş vermiş gərgin hadisələrdən sonra rəhbərlik dəyişib. Onun işçilərə qarşı qeyri-obyektiv münasibəti A.Ağazadəni də Dövlət Televiziya və Radio Verilişləri Komitəsindən uzaqlaşdırdı.
Aydın müəllim dözümlü bir insan kimi xatirimdədir. Hər bir şəraitə, hər bir mühitə, hər bir çətinliyə dözümlə
sinə gərən bu insan, bünyəsini, iradəsini, şüurunu, duyğularını istədiyi kimi kökləməyi bacaran bir şəxsiyyətdir. Maddi durumunun onun üçün heç bir əhəmiyyəti yoxdur, Aydın Ağazadə ancaq yaşamaq, ayaq üstdə durmaq kimi ehtiyaclarını ödəyən bir maddiyyat çərçivəsi ilə kifayətlənə bilən insandır.
Ona görə də onun jurnalistikadan ayrılmamağı heç kəsdə şübhə doğurmasın. Onunla eyni vaxtdan, 1990-cı ildən eyni sahəni, eyni cəbhəni bölüşmüşük. İkimiz də “Ədalət” qəzetində fəaliyyətə başlamışıq. O, 1992-ci ilədək orada müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini kimi fəaliyyət göstərib, özünün dadlı-duzlu məqalələri ilə oxucuların zövqünü oxşayıb. Əmək fəaliyyətini 1992-2001-ci illərdə “Azərbaycan” qəzetində davam etdirən həmkarımız Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1997-ci illərdə o, Azərbaycan Hüquqşünaslar Birliyinin orqanı olan “Hüquqşünas” qəzetinin baş redaktoru olanda mən də bu qəzetin nəşrinə kömək etməyə başladım. Təbii ki, Aydın müəllimin şəxsi dəvəti sayəsində qəzetçilik sahəsində bacardığım köməkliyi etməyə başladım. Onun bu8 qəzetin səhifələrində demokratik-hüquqi islahatlar barədə silsilə yazılarını yaxşı xatırlayıram.
A.Ağazadə ikinci təhsil kimi Bakı Dövlət Universitetində ali hüquq təhsili aldı. 2001-ci ildə universiteti bitirdi. Onu 2001-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin informasiya şöbəsinin rəisi təyin olunduğu vaxtlardan daha yaxından tanımağa başladım. Ədliyyə müşaviri Aydın Ağazadə altmış yaşınadək həmin vəzifədə çalışdı. 2015-ci ildə ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərildi. Buna baxmayaraq yenə də sevimli peşəsindən – jurnalistikadan, yaradıcılığından ayrılmadı.
Bu yazımın qəhrəmanı söhbət zamanı maraqlı bir faktı xüsusi vurğuladı: “525-ci qəzet”in Türkiyə təmsilçisi kimi üç il altı ay İstanbulda işlədim. Qardaş ölkədə olanda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında kitab yazdım. “Türkün böyük lideri” adlı həmin kitab həm bizdə, həm də Türkiyədə yaxşı qarşılandı. Sonra səhhətimdə problem yarandı. On iki gün İstanbulda xəstəxanada yatdım. Həkimlər dedilər ki, altı ay yazmaq, oxumaq olmaz. Altı aylıq Bakıya gəldim. Həmin müddətdə pandemiya oldu. Yollar bağlandı. İstanbula dönə bilmədim. İndi də dəvət edirlər. Düşünürəm... İndi yaş da belədir ki, sərbəstlikdir. Yazı-pozu ilə məşğul oluram. Nəvələrlə oyanayırıq. Günlərimiz belə keçir...”.
Onu “Həsən Əliyev-hakim və insan” (1997), “Cəllad aman istəyir” (2001), “Əbədi Selcan” (2005) və “Sabun köpüyü” (2009) kitablarının, “Sonuncu şahid” ssenarisi əsasında çəkilmiş eyniadlı dördseriyalı televiziya filminin, "Baş tutmayan elçilik", "Dahi", "O dünyada görüşərik" pyeslərinin müəllifi kimi də tanımağa başladıq.
DAŞDƏMİR ƏJDƏROĞLU : Mənim sevimli dostum - FOTO

Aydın Ağazadə Azərbaycan Yazıçılar, Jurnalistlər və Hüquqşünaslar birliklərinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, “Qızıl qələm” və “Məmməd Araz” ali ədəbi mükafatları laureatıdır, 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adı ilə mükafatlandırılıb.
Bütün bunlardan sonra mən də onu demək istəyirəm ki, Aydın müəllim nəfsinə hakim insandır... Bəli, bu, həqiqətən belədir, mübaliğəsiz, bəzək-düzəksiz əsl həqiqətdir. Bunu onu yaxından tanıyan hər bir kəs təsdiqləyə bilər. Xarici görünüşü sadə olduğu qədər, daxili aləmi də zəngin, amma olduqca sadədir. Ən bahalı kostyumu, geyimi geyə biləcəyi halda, daim yaz-qış eyni görünüşdə olub. Əsla bahalı üst-başa, dəyişik libaslara meyl etməyib. Yeyərkən belə, nəfsinə hakim çıxıb.
Əlində çox qazana biləcəyi imkanlar olsa da, kiçik həyat ehtiyaclarını ödəyə bilən gəlirlə yaşamağı daha üstün tutub. A.Linkolnun belə bir kəlamı var: “İnsanların şəxsiyyəti güc və vəzifənin tətbiqi zamanı bəlli olur”. Uzun illər tanıdığım, dostum, qardaşım və əziz həmkarım Aydın Ağazadə vəzifəsindən əsla istifadə etməyib və bu günədək də təvazökarlığını, sadəliyini, insanlığını itirməyib.
Doğum günün mübarək, Aydın Ağazadə! 70-ci qışından baharına addımlayırsan. Mən bilmirəm sənə nə arzu edim...
Hər halda çox əziyyət, çox zəhmət çəkmisən!
Sənə sevinc, sevinc, yenə də sevinc arzulayıram!
Axı böyük zəhmətin böyük də sevinci olmalıdır...
Tale payın insanlara bölgüdür,
Qəlbəyatan duyğuların bilgidir.
Bu həyatda mükafatın sevgidir,
Elə yaşa, Allah sənə yar olsun,
Aydın qardaş, adın, sanın var olsun!
Ad günün, şad günün mübarək olsun!

Son xəbərlər

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31