
Xəbərlər
17.04.2020, 13:20
“Arsenal” futbolçularının maaşlarını azaldır

İngiltərənin “Arsenal” klubu COVID-19-la əlaqədar olaraq, futbolçularla maaşların azaldılmasına dair danışıqlara başlayıb.
“Theathletic” agentliyi xəbər verir ki, futbolçuların əksəriyyəti əməkhaqlarının ayda 12,5 faiz azaldılmasına razılıq verib.
Razılaşma 2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər davam edəcək.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında futbolçularla maaşların azaldılmasına dair danışıq aparan ilk klubdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











