Rüstəm Minnixanov üç rayona traktor hədiyyə etdi

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

Azərbaycanın iqtisadiyyatı naziri Mikayıl Cabbarov, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, unikal qanunvericilik bazası, eləcə də müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş, istifadəyə hazır daxili və xarici torpaq sahələri haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2023-cü ildən fəaliyyət göstərən FEZ1 Standart sənaye zonasında ümumi ərazisi 30 hektar olan investor sahələri mövcuddur. Diqqətə çatdırılıb ki, Ələt Azad İqtisadi Zonasında ümumilkdə 27 investor qeydiyyatdan keçib. Bunlardan dörd investor sahəsində fəal tikinti işləri aparılır.

Qeydiyyatdan keçmiş daha üç investor isə 2025-ci ilin əvvəlindən tikinti işlərinə başlayacaq.

Bildirilib ki, investor sahələrinə tələbat nəzərə alınaraq 18 ay əvvəl ümumi sahəsi 138 hektar olan yeni ərazidə infrastruktur işlərinə başlanılıb. Bu işlərin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır.

Bununla yanaşı, ağır sənaye təyinatlı FEZ3 adlı ərazidə də infrastruktur quruculuğu işləri aparılır. Ümumi sahəsi 350 hektar olan ərazidə tikinti işləri fəal davam edir.

Eyni zamanda, ümumi sahəsi 4313 hektar olan 4-cü zonanın 748 hektarlıq hissəsində SW-AFEZCO şirkətinə məxsus hava limanının tikinti-quruculuq işləri sürətlə davam edir. Hava limanı xüsusilə innovativ texnologiyalar və farmaseptik məhsulların istehsalı üzrə müəssisələr üçün nəzərdə tutulub.

Görüşdən sonra Tatarıstan Rəisi Rüstəm Minnixanov tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edilib. Mikroavtobuslar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə təqdim olunub.

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31