
Xəbərlər
4.08.2024, 23:42
UCAL BAYRAĞIM - FOTO
UCAL BAYRAĞIM
Bayraqlar içində seçilir hər an
Üç gözəl rənginə olmuşuq heyran.
Qüdrətin böyükdür göstərir zaman,
Qürurla dalğalan, ucal bayrağım.
Himnimiz səslənir, könüllər gülür,
Qalib qələbəsin xalqıyla bölür.
Məğlub olan rəqib utancdan ölür,
Qürurla dalğalan, ucal bayrağım.
Qırmızı rəngində müasirlik var,
Yaşılın islamdır, Tanrı olsun yar.
Göy rənglə türkçüsən, et düşməni xar,
Qürurla dalğalan, ucal bayrağım.
Qırmızı zolağın ulduzlu-aylı,
Böyük Azərbaycan o tay, bu taylı.
Turan yollarında illərin saylı,
Qürurla dalğalan, ucal bayrağım.
Sən qeyrət rəmzisən, sən namus, arsan,
Qələbə müjdəli, Vətənə yarsan.
Zəfər gətirirsən, nə yaxşı varsan,
Qürurla dalğalan, ucal bayrağım.
Vətən övladından güc al bayrağım.
Üç gözəl rənginə olmuşuq heyran.
Qüdrətin böyükdür göstərir zaman,
Qürurla dalğalan, ucal bayrağım.
Himnimiz səslənir, könüllər gülür,
Qalib qələbəsin xalqıyla bölür.
Məğlub olan rəqib utancdan ölür,
Qürurla dalğalan, ucal bayrağım.
Qırmızı rəngində müasirlik var,
Yaşılın islamdır, Tanrı olsun yar.
Göy rənglə türkçüsən, et düşməni xar,
Qürurla dalğalan, ucal bayrağım.
Qırmızı zolağın ulduzlu-aylı,
Böyük Azərbaycan o tay, bu taylı.
Turan yollarında illərin saylı,
Qürurla dalğalan, ucal bayrağım.
Sən qeyrət rəmzisən, sən namus, arsan,
Qələbə müjdəli, Vətənə yarsan.
Zəfər gətirirsən, nə yaxşı varsan,
Qürurla dalğalan, ucal bayrağım.
Vətən övladından güc al bayrağım.
BELA ZƏNGİBASARLI
31.07.2024
31.07.2024
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













