Zakir Fərəcov məhkəməyə verildi – Milyonluq borc qalmaqalı
Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub. Bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib. Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır.

Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər.

2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız 4 milyon manatlıq hissəsini ödəyib. Yerdə qalan 8 milyon manata yaxın pulu isə ödəməkdən imtina edir.

Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.
İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub.

İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid edərək, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.
Hazırda münasibətlər daha gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər.

"Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarın və şəhərdəki tikinti işlərinə görə, mal və materialları başaqalarından almışıq. Hazırda da onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər", -deyə sahibkarlar vurğulayıb.

Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir: "Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur. İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır.

Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan 4 milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək, vaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil".

Zakir Fərəcovun məhkəməyə verilməsinə gəlincə, borc sahibləri ümid edir ki, hüquqi müstəvidə apardıqları mübarizənin nəticəsi olacaq. "Bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət etmişik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşulub. Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək".

Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Onlar bu işlərdə onun da böyük rolunun olduğunu iddia edirlər.

Sahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Admnistrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər.

Son xəbərlər

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31