Turaztv.az » Xəbərlər » Rişi Sunak: “Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır”
Xəbərlər

Rişi Sunak: “Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır”

14.05.2024, 00:35 198
Rişi Sunak: “Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır”
Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin ehtiyatsız davranışı bizi Karib böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırıb”, - Sunak deyib.

Hökumət başçısının sözlərinə görə, qarşıdakı beş il Krallıq üçün ən təhlükəli dövrlərdən biri ola bilər. Sunak həmçinin qeyd edib ki, parlament seçkilərindən sonra hakimiyyətə gələ biləcək müxalif Leyboristlər Partiyası ölkənin təhlükəsizliyini təmin etməyə hazır deyil.

Oxşar xəbərlər