
Xəbərlər
30.01.2020, 22:11
Bakıda müəllimə və qayınanasının qripdən ölməsi məktəbdə təşvişə səbəb olub

249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.
Turaztv.az xəbər verir ki, bu barədə News24.az-a daxil olan məlumatda bildirilir ki, müəllimə qripdən dünyasını dəyişib. Məlumatda o da bildirilir ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib. Dünən onun 7 mərasimi keçirilib. Yayılan bu məlumat məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.
Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət edilib. Sorğunun cavabı dərc olunacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









