Türkiyədə təhsil alan kursantlarla görüş keçirilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri fəxri qarovulun önündən keçib, universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu Azərbaycan nümayəndə heyətini salamlayaraq, təhsil müəssisəsinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi barədə məlumat verib.

General-polkovnik Z.Həsənov Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Sonra müdafiə naziri Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan hərbi qulluqçularla görüşüb, onların hazırlıq səviyyəsi ilə maraqlanıb və tövsiyələrini verib.

General-polkovnik Z.Həsənov ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiq edilməsindən danışıb.

Müdafiə naziri burada təhsil alan azərbaycanlı kursantların özlərini müasir dövrün tələblərinə uyğun kadr kimi formalaşdıracaqlarına, tədris müddətində əldə etdikləri bilik və təcrübələri hərbi təhsil ocağını uğurla başa vurduqdan və Vətənə qayıtdıqdan sonra Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə əmin olduğunu vurğulayıb.

Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfəri davam edir.

Son xəbərlər

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31