Sənaye infrastrukturunu  modernləşdirən lider
Ömürlüyünə nəzər salanda maraqlı bir qanunauyğunluğun şahidi olursan: Atanın xalq üçün yaratdığı, xalqın tarixinə qızıl hərflərlə yazdığı nailiyyəti övlad daha möhtəşəm şəkildə davam etdirir. Həmin nailiyyətin işığında daha da yüksəyini, mükəmməlini yaratmaqla, həm atanın, həm də onun bir ömür xidmət etdiyi xalqın başını ucalara qaldırır.

Azərbaycan xalqının bütün tarixi boyunca yetirdiyi nadir dövlət adamlarından olan Heydər Əliyev XX əsrdə bu xalqın təmsil oluna biləcəyi ən yüksək vəzifə pilləsinə qədər yüksəlmişdi. Naxçıvandan, sadə azərbaycanlı ailəsindən çıxıb, SSRİ boyda nəhəng imperiyanın əsas rəhbərlərindən biri statusuna qədər irəliləyərək öz savadı, bacarığı, enerjisi, əzmkarlığı, ölkəyə və dünyaya fayda vermək istəyi ilə ümumilikdə Azərbaycan xalqının yüksək potensialını, ali mənəviyyatını ortaya qoymuşdu. Bütün bu ali keyfiyyətləri ilə hər kəs üçün mükəmməl bir nümunə yaratmışdı.
XXI əsr isə Azərbaycan xalqı üçün yeni bir nailiyyətlə başladı. Tarixdə ilk dəfə olaraq xalqımızın nümayəndəsi - o zaman Azərbaycan Milli Məclisinin deputatı və ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri olan İlham Əliyev bu qurumun vitse-prezidenti seçildi. Cənab İlham Əliyev belə ali vəzifədə Azərbaycan tarixi üçün bir ilk idi...

Onun timsalında Azərbaycan xalqı öz yüksək potensialını, milli enerjisini ümumilikdə Avropa məkanında yüksək səviyyədə sərgilədi. Prezident İlham Əliyev bununla özünün nə qədər azərbaycanlı davamçısına yol açdı. Onun şəxsi nümunəsi, liderlik əzmi, yaratdığı motivasiya gücü sonrakı illərdə Azərbaycan xalqının nə qədər nümayəndəsinin nüfuzlu beynəlxalq qurumlarda, transmilli şirkətlərdə yüksək vəzifələrə irəli çəkilməsində, yaşadıqları xarici ölkələrin parlamentlərinə seçilməsində, müxtəlif ölkələrin dövlət və hökumət orqanlarında yüksək vəzifə tutmasında böyük rol oynadı.
İlham Əliyev XXI əsrin ilk qərinəsində bu nailiyyətin hüdudlarını daha da genişləndirdi. Onun qətiyyəti, yürütdüyü məqsədyönlü siyasət sayəsində ölkəmiz 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv qəbul edildi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə oldu. 2012-ci ilin mayında BMT Təhlükəsizlik Şurasının iclasının Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilməsi milli dövlətçilik tariximizdə əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, ölkəmizin qlobal siyasi məkanın əsas oyunçularından birinə çevrilməsi, beynəlxalq problemlərin müzakirəsində söz sahibi kimi qəbul olunması deməkdir.

Ölkəmiz 2012-ci ilin mayından sonra 2013-cü ilin oktyabrında da BMT Təhlükəsizlik Şurasına sədrlik etdi və şuraya həm üzvlüyü, həm də sədrliyi dövründə möhtəşəm bir tarix yazdı. Ululardan bizə miras qalmış ali dəyərləri, milli əxlaqi normaları, ədaləti, sülhə sadiqliyi bu yüksək tribunadan bütün bəşəriyyətə sərgilədi. Bu qurumdakı fəaliyyəti ilə dünyamız üçün yeni dəyərlər yaratdı. Yeni meyarlar müəyyənləşdirdi...
Ulu öndər Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ölkəmizdə nəhəng sənaye infrastrukturu qurmuşdu. Respublikamızın kənardan heç bir dəstək almadan özünü təmin etməsinə, özü öz taleyinin sahibi olmasına şərait yaratmışdı. Müstəqillik dövründə o, yeni neft strategiyasını uğurla reallaşdıraraq ölkənin sosial-iqtisadi yüksəlişi üçün milli məqsədlər müəyyənləşdirdi. Və cənab İlham Əliyev bu məqsədlərin hər birinə nail oldu. O, əfsanələri reallığa çevirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi dünyanın siyasi mənzərəsini müəyyənləşdirən nəhəng enerji-kommunikasiya layihələrini gerçəkləşdirdi. Azərbaycan “Cənub qaz dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. Bütün bunlar müstəqil dövlətimizi mütərəqqi dünya ilə bağlayan, qlobal inkişaf prosesləri ilə əlaqələndirən elə möhkəm bağlardır ki, bundan sonra daha heç bir təhdid, təzyiq Azərbaycanı öz inkişaf yolundan sapındıra bilməz.

İlham Əliyev Azərbaycanda mövcud olan sənaye infrastrukturunu büsbütün modernləşdirdi. Bu sistemi müasir dünya standartlarına uyğunlaşdırdı. Özəl sektorun bu prosesdə iştirakına, azad sahibkarlıq təşəbbüslərinə geniş meydan verdi. Hətta ən ucqar kəndlərimizə də abad yollar, qaz-su, elektrik, rabitə xətləri çəkdirməklə Azərbaycanın bütün bölgələrinə rifah, torpaqlarımıza bərəkət, zəhmət adamının süfrəsinə halal ruzi gətirdi. İnkişaf prosesləri, irili-xırdalı biznes ideyaları bütün bölgələrimizi əhatə etdi. İşləyib daha çox qazanmağa təpəri, bacarığı olan insanlarımız bu şəraitdən bol-bol faydalanmağa başladılar. Və bütün bunların nəticələrini indi, az qala, yollara sığmayan avtomobillərin sayında, kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə inşa olunan imarətlərin şahanə görkəmində, istehlak edilən müasir məişət avadanlıqlarının statistikasında, Azərbaycan insanının getdikcə dəyişən geyim-kecimində, estetik görkəmində, artıq dolanışıq, bir tikə çörək qayğılarından çıxıb genişlənən, yüksələn gündəlik tələbatlarında hiss etmək mümkündür...

İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan həyatına gətirdiyi ən mühüm uğur Azərbaycan cəmiyyətində bunu təmin edə bilməsidir. Və bunun müsbət təsirlərini indi həyatın bütün sahələrində izləyə bilərik. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesi ölkə vətəndaşlarını, xüsusən də Azərbaycan gəncliyini qaragüruh ideyalardan başqa bir dəyərə malik olmayan siyasət dəllallarının bəd oyunlarından qorudu. İnsanlarımızın belə ünsürlərin əlində alətə çevrilməsini əngəllədi. İlham Əliyevin yürütdüyü siyasət, bu siyasətin yaratdığı rifah şəraiti isə insanlara öz hədəflərinə, iddialarına çatmağın yollarını göstərdi. Anlatdı ki, həyatda uğur qazanmağın yolu meydanlarda, iclas salonlarında mümkün qədər gur səslə bağırmaq deyil. Çayxanalarda hansı firqənin, hansı siyasinin daha güclü olması barədə boş və mənasız mübahisələrlə baş qatmaq deyil. Küçəyə tökülüb iğtişaşlar törətmək deyil. Uğurun yolu oxumaqdan, öyrənməkdən, daim fərdi inkişafla məşğul olmaqdan, sosiallaşmaqdan, sağlam insanlardan özünə çevrə formalaşdırmaqdan, bir işin ardınca düşüb, bir sənətin sahibi olub yavaş-yavaş irəliləməkdən, bir sözlə, cəmiyyət üçün müəyyən bir dəyər formalaşdırmaqdan keçir. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursu, İlham Əliyevin yürütdüyü siyasətin nailiyyətləri insanlara bunu anlatdı. Və cəmiyyətin inkişafı prosesinə ən doğru yoldan qoşulmaq istəyən hər kəs üçün bərabər imkanları yaratdı.

Cəmil ZƏBHULLAOĞLU

Son xəbərlər

Türkiyəli məşhurlar uşaqlarının məzun günündə - Fotolar

Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir?

İngilis dili müəlliminin paylaşdığı tədris videosu

Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq

Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930