Azərbaycan İrəvan sərhədinə qədər gələ bilər - Nahapetyan

Alınan silahlarla bağlı hər hansı bəyanatda hərbi sirr var. İndi Ermənistan hakimiyyəti silah alıb-almamasından asılı olmayaraq, artıq memorandum imzalayaraq bildirib ki, silah alınması praktiki məsələdir.

Bunu Ermənistan mətbuatına müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.

“Bu, onların təkəbbüründən xəbər verir. Eyni zamanda Azərbaycana imkan verir desin ki, Ermənistan özünü silahlandırır, Fransa Ermənistanı silahlandırır və bu, Ermənistanın Azərbaycana hücum etməsi üçün atılan addımdır. Bütün bunların fonunda Azərbaycan da elan edə bilər ki, Ermənistanın ona hücum etməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görəcək. Hətta İrəvanın sərhədinə qədər gələ bilər.

İndi bir sual vermək istəyirəm: məsələn, Ermənistanın KTMT-nin üzvü olduğu halda 2018-ci ilə qədər NATO üzvü olan ölkələrlə ciddi hərbi-texniki əməkdaşlıq etdiyini bilən varmı? Bu haqda kim bilirdi? Heç kim bu barədə danışmadı. Onların siyasəti belə işləyir.

İndi də silahla özlərini reklam edirlər, ancaq başa düşmürlər ki, Azərbaycan bunun üçün elə günü sabah çox sərt addım ata bilər.

Paşinyan da bəyan edib ki, Ermənistan heç bir qonşuya hücum etmək niyyətində deyil. Təsəvvür edirsinizmi, Gürcüstan, Türkiyə, İran və Azərbaycan liderləri həmin açıqlamanı görəndə necə gülüblər. Belə bir şeyi necə elan edə bilərsən? Heç kimə hücum etməyəcəyinizi deyirsiniz, dedikləriniz əsas götürülür, ancaq özünüzü silahlandırırsınız.

Bu silahları niyə alırlar? Yaxud, deyək ki, zirehli transportyorlar niyə alınıb? Bu, ilkin ehtiyac idi, yoxsa düşmənin ən mühüm məqsədlərinin qarşısını almaq üçün lazımdır? Məsələn, hava hücumunun qarşısını almaq prioritetdir? İstənilən münaqişədə müharibəni səmada mütləq üstünlüyə malik olan dövlət qazanacaq”.(Musavat.com)

Son xəbərlər

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31