Xorvatiya ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına maraq göstərir
Azərbaycan-Xorvatiya dostluq və səmərəli əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. İki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində ədliyyə nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilir, səmərəli təcrübə mübadiləsi aparılır.

Əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri xiyabanda bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında Vətən uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb.

Sonra Ədliyyə Nazirliyində iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və Xorvatiya arasında əlaqələrin uğurla inkişaf etdiyi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət və hökumət başçılarının xüsusi rolu və qarşılıqlı səfərləri vurğulanıb, Xorvatiya Baş nazirinin yaxın zamanda Azərbaycana səfər edəcəyi qeyd olunub.

Nazir F.Məmmədov Xorvatiyaya səfərlərini xatırladaraq hüquqi sahədə qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunub, ədliyyə və məhkəmə sistemindəki islahatlar barədə məlumat verərək Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq Dünya Bankının dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirləri, rəqəmsal innovasiyaların geniş tətbiqini qeyd edib.

Azərbaycanda olmağından məmnunluğunu ifadə edən qonaq iki dost ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. İ.Malenitsa Azərbaycanın Dünya Bankı ilə məhkəmə-hüquq sahəsində uğurlu əməkdaşlığı barədə məlumatlı olduğunu qeyd edib, Xorvatiyanın bundan yararlanaraq Bank ilə əməkdaşlığa başladığını vurğulayıb. Bildirib ki, müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmənin rəqəmsallaşması, e-məhkəmənin, e-ədliyyənin tətbiqi ölkəsi üçün əsas prioritetdir və bu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsi olduqca faydalıdır.

Qonaqlar ədliyyə və məhkəmə sistemində rəqəmsal innovasiyalara böyük maraq göstərərək məsafədən əhaliyə göstərilən elektron xidmətlər, “Elektron məhkəmə”, “Elektron icra”, “Elektron notariat” informasiya sistemləri, “Mobil notariat” brendi, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət konsepsiyası barədə məlumatlandırılıb, bununla bağlı təqdimat keçirilərək faydalı fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəmizə həsr olunan muzeylərlə tanış olub. Qonaqlara azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumat verilərək buna qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı yayılan yanlış və qərəzli məlumatları təkzib edən əsl həqiqətlər diqqətə çatdırılıb. Xorvatiyanın minadan əzab çəkən ölkə olaraq bu işdə dəstəyi minnətdarlıqla qeyd edilərək xüsusi broşür təqdim olunub.

Həmin gün xorvatiyalı nazir ölkəmizin müasir məhkəmə infrastrukturu ilə tanış olmaq məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Sumqayıt Məhkəmə Kompleksinə baş çəkib, yüksək texnoloji məhkəmə zallarını və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini yüksək qiymətləndiriblər.

Tədbirlərdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyətinin nadir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin mənalı ömür yoluna və zəngin irsinə həsr olunan maraqlı ekspozisiyalarla, habelə Azərbaycan brendi olan, ədliyyənin mühüm xidmətlər göstərdiyi “ASAN” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “DOST” mərkəzləri, orada fəaliyyət göstərən “ƏN TEZ” innovativ xidməti, eləcə də paytaxtın tarixi və mədəni abidələri ilə tanışlığı nəzərdə tutulur.

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31