
Xəbərlər
23.08.2023, 22:37
ELÇAD BARAT: Bu şəhər - FOTO
BU ŞƏHƏR.
Küçələri veyil-veyil gəzirəm,
Gecəsini gündüzünə qatmışam,
Hər səkisi, duracağı doğmadır,
Bu şəhəri qarış-qarış yatmışam.
Bu şəhərə yatan adam gərəkdir,
Mənim kimi elə yata, ha yata,
Arzuları dalanlarda itirə,
Ümidləri yuxularda boy ata.
Bu şəhərə kimsə şəhər deməsin,
Bir küçəsi çatmır şəhər olmağa,
Gündüzləri axşamlara tələsir,
Axşamları dönüb səhər olmağa.
Bu şəhərin hər fəsili vətəndir,
Fəsil-fəsil uçub gedə bilmirəm,
Küçələri ayağıma dolaşır,
Yıxılıram, qaçıb gedə bilmirəm.
Gedəcəyim başqa yer də bu şəhər.
Hara getsəm, bir özgəyə gedirəm.
Bu şəhərdən inciyirəm hər gecə,
Bu döngədən o döngəyə gedirəm.
Gecəsini gündüzünə qatmışam,
Hər səkisi, duracağı doğmadır,
Bu şəhəri qarış-qarış yatmışam.
Bu şəhərə yatan adam gərəkdir,
Mənim kimi elə yata, ha yata,
Arzuları dalanlarda itirə,
Ümidləri yuxularda boy ata.
Bu şəhərə kimsə şəhər deməsin,
Bir küçəsi çatmır şəhər olmağa,
Gündüzləri axşamlara tələsir,
Axşamları dönüb səhər olmağa.
Bu şəhərin hər fəsili vətəndir,
Fəsil-fəsil uçub gedə bilmirəm,
Küçələri ayağıma dolaşır,
Yıxılıram, qaçıb gedə bilmirəm.
Gedəcəyim başqa yer də bu şəhər.
Hara getsəm, bir özgəyə gedirəm.
Bu şəhərdən inciyirəm hər gecə,
Bu döngədən o döngəyə gedirəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





