Altı ayda 73 qadın sahibkara 6,5 milyon manat güzəştli kredit verilib
2023-cü ilin 6 ayı ərzində 73 qadın sahibkara 6,5 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında gənc sahibkarların 26 layihəsi maliyyələşdirilib və bu məqsədlə 1,1 milyon manat vəsait ayrılıb.