“Nə gizlədim...” - “Qarabağ”a qayıtdı, səmimi ETİRAF ETDİ
“Partizan”ı “Qarabağ”a dəyişən Patrik Andrade Sportinfo.az-a müsahibə verib.
Metbuat.az həmin müsahibəni təqdim edir:

“Linkoln”la oyundan sonra saytımıza danışan Kabo Verde millisinin üzvü köhnə-yeni komandasına dönüşündən və geridə qalan günlərdən söz açıb.

- Yenidən “Qarabağ”ın formasını geyinməklə hansı hislər keçirirsən?

- 1 illik fasilədən sonra yenidən mənə doğma olan komandamda yer almaqdan qürur duyuram. Həmişə demişəm ki, “Qarabağ” mənim üçün ailə qədər doğmadır və bura mənim evimdir. Məşqçilər heyəti, futbolçu yoldaşlarım, klubda çalışanlar – hər kəs üçün darıxmışdım. Ümid edirəm ki, “Qarabağ”a fayda verməkdə davam edəcəyəm. Fürsətdən istifadə edib, məni komandaya qaytaran baş məşqçimizə təşəkkür edirəm.

- “Linkoln”la oyunu kənardan izlədin. Çətin idi?

- Əlbəttə, kənarda qalmaq hər bir futbolçu üçün çətindir. Baş məşqçi futbolçuların durumuna baxıb, qərar verir. Yəqin ki, bu gün üçün məsləhət beləydi. Vacib olan qələbə qazanmaq idi ki, buna da nail olduq. Bu, başlanğıcdır. Qarşıda bizi daha çətin və gərgin oyunlar gözləyir. Ümid edirəm ki, həmin matçlarda da əlimizdən gələnin ən yaxşısını edib, azarkeşlərimizi sevindirəcəyik.

- Əvvəlki Patriki görmək üçün nə qədər vaxta ehtiyac var?

- Komandanın hazırlığına gec qoşulduğumu bilirsiniz. Ona görə də zamana ehtiyacım var. Birdən-birə meydana çıxmağım doğru olmaz. Baş məşqçinin tələblərinə tam cavab verməliyəm ki, şans gözləyim. Ən qısa zamanda “Qarabağ”a kömək edəcəyimə inanıram.

- “Partizan”da olanda “Qarabağ” və Azərbaycan üçün darıxırdın?


- Nə gizlədim, darıxırdım. Demək olar hər gün Kevin Medina və millidəki komanda yoldaşım Leandro Andrade ilə danışırdım. Özlərinə də deyirdim ki, “Qarabağ” üçün çox darıxıram və onların yanında olmaq istəyirəm. Gördüyünüz kimi, artıq buradayam.

Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31