Şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib
Aprelin 15-16-da Şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda (İsmayıllı - Qaraməryəm - İvanovka yolu) baş tutan yarışın ilk günündə idmançılar qrup ötüşməsi, ikinci günündə isə fərdi ötüşmə növündə güclərini sınayıblar.

Ümumilikdə 51 velosipedçi medallar uğrunda mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində 100 km, fərdi ötüşmə növündə 25 km, yeniyetmə oğlanlar və qadınlar isə qrup ötüşməsində 50 km, fərdi ötüşmə növündə 10 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə (qrup ötüşməsi) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN, 02:41:12), yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 01:38:07), qadınlar arasında Lalə Əbdürəhmanova (ROEQİUGVM, 01:45:52) bütün rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıblar.

İkinci yarış günündə isə (fərdi ötüşmə) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında yenidən Musa Mikayılzadə (MSN, 37:32:48), yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 16:15:33), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 17:12:23) qızıl medal qazanıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930