Turaztv.az » Xəbərlər » Laçın-Xankəndi yolu: BQXK-yə məxsus avtomobillərin aksiya ərazisindən keçidinə şərait yaradılıb
Xəbərlər

Laçın-Xankəndi yolu: BQXK-yə məxsus avtomobillərin aksiya ərazisindən keçidinə şərait yaradılıb

16.04.2023, 09:27 378
Laçın-Xankəndi yolu: BQXK-yə məxsus avtomobillərin aksiya ərazisindən keçidinə şərait yaradılıb
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 minik avtomobili ərazidən maneəsiz keçib.

Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 126 gündür davam edir.

Oxşar xəbərlər