Turaztv.az » Xəbərlər » ANAMA Xızı rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb
Xəbərlər

ANAMA Xızı rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb

15.04.2023, 22:45 374
ANAMA Xızı rayonunda baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb
Xızı rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan Bəxtiyar Hüseynov Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, aprelin 15-də Xızı rayonu ərazisində baş verən sursat partlayışı nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilov həlak olub, 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

Oxşar xəbərlər