Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Aprelin 13-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi açılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin Qadınlar və hərbi qulluqçular ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova Ramazan ayının gözəl ənənələrindən birinin doğmaları, əziz insanları yad etmək, onlarla iftar süfrəsi arxasında oturmaq, Uca Yaradana birlikdə dua etmək olduğunu deyib: “Bizim üçün də doğma, dəyərli insanlar şəhidlərimizin əmanətləri, qazilərimizdir. Bu gün biz şəhadətə ucalmış Vətən oğullarının yadigarları ilə bir süfrəni bölüşürük. Doğrudur, dövlətimiz daim şəhid ailələrindən, müharibə əlillərindən və qazilərdən öz dəstəyini əsirgəmir. Lakin hər bir vətəndaşın borcudur ki, Vətən uğrunda can alıb can verən qəhrəmanları, onların ailə üzvlərini yad etsin, xüsusi günləri həmin qəbildən olan vətəndaşlarla qeyd etsin. Şəhidlərimiz hər birimizin ağrılı yeridir. Elə cəsarətli, qorxmaz oğulları itirmək hər birimiz üçün çox ağırdır. Lakin təsəllimiz odur ki, əbədiyyətə ucalan oğulların qanı yerdə qalmayıb. Onların silahdaşları öz döyüş yoldaşlarının qisasını savaş meydanında alıblar. Azad torpaqlarımıza ayaq basdıqca şəhidlərimizin ruhunun da o ərazilərin səması üzərindən bizə təbəssüm etdiklərini duyuruq. Vətən fədailərini unutmamaq, onların dillərdə dolaşan şücaətini gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının vəfa borcudur. Bu cür məclislərdə şəhid ailələri ilə bir araya gələrək onlara mənəvi dəstəyimizi ifadə etmək istəyirik. Doğrudur, nə etsək də, nə o qəhrəmanlar geri gəlməyəcək, nə də şəhidlərimizin əmanətlərinin qəlblərindəki acı azalmayacaq. Biz, sadəcə, onlara dərdlərinə şərik olduğumuzu hiss etdirmək istəyir və bayramları, xüsusi günləri qəhrəmanlarımızın yadigarları ilə keçirməyi özümüzə borc bilirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu müqəddəs ayda Uca Yaradandan Ali Baş Komandan Prezident İlham Əliyevi və onun qəhrəman ordusunu hifz etməyi diləyir, qazilərimizə isə tezliklə şəfa taparaq əvvəlkindən də sağlam olmalarını arzulayırıq”.
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO
Şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31