Xəbərlər
Qəbələ rayonunun şəhidi hərbi həkim Aqşin Ənvərli - FOTOLAR
Qəbələ rayonunun şəhidi hərbi həkim Aqşin Ənvərli.
Bu şəhidi Azərbaycanda tanımayan bir kəs yoxdur. Onun fədakarlığı dastana dönüb, yardımsevərliyi könüllərdə iz salıb.
Bu gün "Qəbələnin səsi" ədəbi birliyinin üzvləri ilə şəhidimizi ziyarət etdik. Bu tədbirdə Qəbələnin ustad şairi Tacəddin Şahdağlının övladları da iştirak etdi.
Faiq müəllimə, Dilrubə xanıma onların timsalında bütün şəhid valideyinlərinə səbir və dözüm arzu edirik.
Allahdan şəhidlərimizə rəhmət diləyirik,
məkanı cənnət olsun.Amin.
Şəhla Xəlil qızı "Qəbələnin səsi" ədəbi birliyinin rəhbəri





















