Xəbərlər
8.04.2023, 23:58
“Neftçi” klubu avrokuboklara vəsiqə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turunda “Sumqayıt”a qalib gələn (4:0) “Neftçi” avrokuboklara vəsiqə qazanıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnir cədvəlində üçüncü pillədə olan “Neftçi sona yeddi tur qalmış dördüncü pillədə qərarlaşan “Qəbələ”ni 21 xal qabaqlayır. Belə ki, bu komandalar arasında oyunlardakı göstəricilərə görə “Neftçi” üstün tərəfdir - 2 qələbə, 1 heçə-heçə.
Hazırda “Neftçi”nin 60, “Qəbələ”nin isə 39 xalı var.
Premyer Liqanın lideri “Qarabağ” və “Sabah” klubları da avrokuboklarda iştirak hüququ əldə edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay