Xəbərlər
Hulusi Akar və Lloyd Ostin arasında telefon danışığı olub
Türkiyənin müdafiə naziri Hulusi Akar və amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Həmçinin “F-16” tədarükü və onun modernləşdirilmə layihəsinin sürətli və müsbət nəticələnməsinin önəmi qeyd edilib.
Hulusi Akar ölkəsinin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini, Finlandiyanın üzvlüyünün bunu bir daha göstərdiyini, İsveçin də ən qısa zamanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.