
Xəbərlər
5.04.2023, 20:41
“Könüllülər üçün PR baza təlimləri” layihəsi başa çatıb - FOTO
“Könüllülər üçün PR baza təlimləri” layihəsi başa çatıb
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır - 2022” fərdi qrant müsabiqəsinin qalibi Dadaşov Rəsulun “Könüllülər üçün PR baza təlimləri” layihəsinin bağlanış mərasimi həyata keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə reallaşdırılıb.
Layihənin əsas məqsədi ictimaiyyətlə əlaqələr sahəsi üzrə təhsil alan, bu sahəyə marağı olan gəncləri maarifləndirmək, onlara sosial şəbəkələrdən peşəkar istifadə qaydalarını, həyatımızdakı rolunu və bir çox müəssisələrdə fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr sahəsinin rolunu və mahiyyətini aşılamaq, bu sahə üzrə yaranmış kadr ehtiyacı üçün uğurlu gəncləri aşkar etməkdir.
Layihə çərçivəsində müxtəlif modul üzrə müxtəlif təlimlər, təcrübə proqramları və komanda oyunları həyata keçirilib. Təlimlərin səmərəliliyinin ölçülməsi məqsədi ilə qiymətləndirmə mərhələsi baş tutub.
Qeyd edək ki, layihədə 30 gənc iştirak edib.
Sonda gənclərə hədiyyələr təqdim edilib və sertifikat ilə təltif olunublar.
DAŞDƏMİR ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






