“VEYSƏLOĞLU” tanınmış oyuncaq markası “The LEGO Group”u Azərbaycana gətirdi


“Veysəloğlu Distribusiya” şirkəti tanınmış oyuncaq markası olan “The LEGO Group” ilə partnyorluğa başlayıb.

“Veysəloğlu Distribusiya” şirkəti partnyorluq çərçivəsində ölkəmizdə “The LEGO Group” markasının məhsullarını distribusiya edəcək.

“The LEGO Group” məhsullarının əlçatanlığını təmin etmək məqsədilə şirkət tərəfindən yalnız oyuncaq mağazalarında deyil, supermarket və marketlərdə də məhsul satışı həyata keçiriləcək.

“The LEGO Group”un missiyası oyunun gücü ilə gələcəyin qurucularını ruhlandırmaq və inkişaf etdirməkdir. Əsası LEGO kərpiclərindən ibarət olan oyunda LEGO sistemi uşaqlara və pərəstişkarlarına təsəvvür edə biləcəkləri hər şeyi tikməyə və yenidən qurmağa imkan verir.

“The LEGO Group” 1932-ci ildə Danimarkanın Billund şəhərində Ole Kirk Kristiansen tərəfindən təsis edilib, adı isə dan dilində “Yaxşı oyna” mənasını verən “Leg Godt” sözündən götürülüb. LEGO kərpicləri indiki formasında 1958-ci ildə istifadəyə verilib. Boruları ilə bir-birinə bağlanma prinsipi onu unikal edir və limitsiz tikinti imkanları təklif edir. Bu, sadəcə olaraq, təxəyyülü işə salmaq və oyun vasitəsilə bir çox yaradıcı ideyaların ortaya çıxmasına imkan verməkdir.

“The LEGO Group”un qabaqcıl məhsulu bir-birinə birləşdirilən rəngli plastik kərpiclərdən və onları müşayiət edən dişli çarxlardan, minifiqurlar adlanan fiqurlardan və müxtəlif digər komponentlərdən ibarətdir. Oyun vasitəsilə öyrənməyi təşviq etmək məqsədi daşıyan LEGO® dəstləri 21-ci əsrin ən çox tələb olunan bacarıqlarından olan problem həlletmə, tənqidi düşünmə və ünsiyyət bacarıqlarını, həmçinin yaradıcılığı və komanda ruhunu inkişaf etdirir. Müxtəlif yaş kateqoriyalarından olan uşaqlar və böyüklər LEGO dəstləri ilə əyləncəli, sosial-interaktiv və mənalı mühitdə öyrənirlər.

“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31