İranda kütləvi aksiyalar səngimir - FOTO
İranda kütləvi aksiyalar səngimir

İranı yenidən kütləvi aksiyalar bürüyüb. Ötən həftənin sonlarında Tehran, Kərəc, Ərdəbil, Zahidan, Bəndər Abbas, Hörmüzgan vilayətlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları artıq siyasi tələblər irəli sürərək hakimiyyətdə təmsil olunan şəxslərin deyil, bütövlükdə İranın siyasi quruluşunun dəyişməsini tələb edirlər. Ötən ilin sentyabrında 22 yaşlı gənc qızın polis zorakılığına məruz qalaraq həyatını itirməsindən sonra etiraz aksiyası keçirən insanlar qadınlara azadlıq istəyərək diktatorun istefasını tələb edirdilərsə, bu gün bu tələblər dəyişib. Siyasi müşahidəçilər hesab edirlər ki, aksiyaların ilk günlərində hakimiyyət qan tökməklə insanları qorxudub yerinə oturacağını düşünürdü. Çünki inqilabdan sonra İranın siyasi həyatında insanların haqlı tələblərinin qarşısını qan tökməklə almaq təcrübəsi var. Bu təcrübədən istifadə və insanları xarici dövlətlərin casusu adlandırmaq, eyni zamanda, siyasi məhbusları edam etmək heç də ictimai-siyasi sabitliyin bərqərar olmasına deyil, onun tamamilə pozulmasına gətirib çıxardı.

Bu gün İran hakimiyyəti ictimaiyyətdə tanınmış və nüfuza malik olan şəxsləri həbs edir ki, bu da insanlarda hakimiyyətə qarşı nifrət hissi oyadır. Tehran Universitetinin professoru sosioloq Məhəmməd Zəbəkalımın sosial şəbəkələrin birində status yazdığına görə həbs edilməsi tələbələrin kəskin etirazına səbəb oldu. Məhkəmə tələbə etirazından çəkinərək professoru azad etmək məcburiyyətində qaldı. Onun günahi isə, sadəcə olaraq, İranda islahatların keçirilməsinin zəruriliyini bildirməsi idi.

Bütün bunlardan başqa, İrana qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi sosial vəziyyəti daha da gərginləşdirib. Qiymətlərin sürətlə artması və inflyasiyanın səviyyəsinin hər gün yüksəlməsi ailələrin, necə deyərlər, var-yoxdan çıxmasına səbəb olub. ABŞ dollarının kursunun artmasının qarşısını iqtisadi tədbirlərlə almaq əvəzinə, hakimiyyət insanların gözünə kül üfürərək bankdan kənarda dollar mübadiləsi ilə mübadiləsi ilə məşğul olub cüzi qazanc əldə edənləri tutur və görüntü yaratmaq xatirinə səs-küylü məhkəmə prosesləri keçirərək, xalqa dolların kursunu yüksəldən şəxslərə qarşı mübarizə apardığını göstərməyə çalışır. Məsələ heç də dollar alverçilərini tutmaqla həll olunmur. İqtisadi əsasları olan islahatlar keçirmək lazımdır. Lakin İran hakimiyyəti heç bir dəyişiklik etmək fikrində deyil. Neft gəlirlərinin insanların sosial vəziyyətinin deyil, mənasız geosiyasi planlara sərf olunması, yaxın Şərqin müxtəlif ölkələrinin daxili işlərinə qarışmaq üçün silahlı qruplaşmaları dəstəkləməsi maliyyə tələb edir. Milli gəlir xalqa deyil, siyasi ambisiyalara xərclənir ki, bu da haqlı etirazlara gətirib çıxarır.

Artıq yeddinci aydır davam edən aksiyalarda tələblər də dəyişib. İranda kütləvi aksiyaların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Görünən odur ki, İran bundan sonra çətin ki, özünə gəlib regionda hegemonluq etmək iddiasinı davam etdirə bilsin. İranda hakimiyyətin həyata keçirdiyi həbslər, edamlar və xarici dövlətləri ittiham etmək vəziyyəti nəinki düzəltməyəcək, əksinə, daha da mənfi istiqamətə yönəldəcək.
İranda kütləvi aksiyalar səngimir - FOTO

Son xəbərlər

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31