Xəbərlər
9.03.2023, 01:41
Şahmatçımız Gülnar Məmmədova Özbəkistanda beynəlxalq turnirdə mübarizə aparır
Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
Doqquz turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.
Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay