
Xəbərlər
15.11.2019, 13:54
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
15 noyabr, 2019 [10:51]
milli
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
Turaztv.az xəbər verir ki, payız sessiyasının növbəti plenar iclası noyabrın 19-da keçiriləcək.
İclasın gündəliyinə 21 məsələ daxil edilib. Bunlar, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələridir.(apa)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












