20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq
Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar mərasim keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə İran ictimaiyyətinin və Tehranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşına əbədi yaşayacağını, onun məğrurluğunu nümayiş etdirən faciəli hadisə olduğunu bildirib. Qeyd olunub ki, 20 Yanvar faciəsini törətməkdə məqsəd Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə vermək və müstəqilliyi uğrunda ayağa qalxmış xalqın mübarizəsini boğmaqdan ibarət olub. SSRİ rəhbərliyi qətliamı gizlətməyə çalışsa da, Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciə olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. SSRİ rəhbərliyinin yardımı ilə Azərbaycanın torpaqları işğal olunsa da 30 il sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi ilə şanlı ordumuz zəbt olunmuş torpaqlarımızı işğaldan azad etdi.

“Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri, Azərbaycanda tanınmış İranın əməkdar mədəniyyət işçisi Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin 70 il ərzində göstərdiyi ədalətsiz mövqeyindən danışıb. Bu filmlərin çəkilişi üzərində işləyərkən 20 Yanvar hadisələrinin şahidləri ilə görüşdüyünü, onları dinlədiyini və Azərbaycan xalqının ağrı-acısını dərindən başa düşərək filmlərdə canlandırmağa çalışdığını vurğulayıb. Haqqını və hüququnu, həmçinin torpaqlarının işğalına son qoymağı tələb edən Azərbaycan xalqına qarşı törədilən bu qətliamın insanlığa qarşı törədilən cinayət hesab olunduğunu və bu acının Azərbaycan xalqı ilə ortaq bağları olan İran xalqı tərəfindən də dərin hüznlə qarşılandığını vurğulayıb.

Tədbir 20 Yanvar hadisələrinə dair qısametrajlı filmin və bədii videoçarxın nümayişi, eləcə də şəhidlərin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930