Turaztv.az » Xəbərlər » YAŞ ƏLDƏN GEDİR - FOTO
Xəbərlər

YAŞ ƏLDƏN GEDİR - FOTO

01.01.2023, 20:28 359
YAŞ ƏLDƏN GEDİR - FOTO
YAŞ ƏLDƏN GEDİR

Nimdaş döşəkçəyə dönüb canımız,
Ayağı tutanda baş əldən gedir.
İllər ömrümüzü söküb aparır,
Günbəgün, anbaan yaş əldən gedir.

Çiçəkdən bal tutur şanda arı da,
Bala sahıb çıxmır sonda arı da.
Dünyanın ən zəngin insanları da,
Gedəndə həyatdan boş əlnən gedir.

Adam var acıdır, soğança kimi,
Açılır üstünə tapança kimi.
Gövdəsi dağılmış kamança kimi,
Göz düşür çuxura, qaş əldən gedir

Deməyin, Bəradər dünyaya yükdü,
O, ruhən cavandı, cismən sönükdü.
Mizan tərəzinin üzü dönükdü,
Qurunun oduna yaş əldən gedir.


Bəradər Səməndərli
(Xanəliyev)
01.01.2023

YAŞ ƏLDƏN GEDİR - FOTO

Oxşar xəbərlər