Layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “SmartDom” MMC, “Qismət – M House” MMC, “VİALON” MMC və “Kristal Bakı” ASC şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak ediblər.

İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.

Agentlik rəsmiləri tərəfindən bildirilib ki, layihələrə ekspertiza rəyi verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.

Tədbirdə tikinti və infrastruktur layihələrinin icrası zamanı təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin və yaşıllıq balansının qorunub saxlanılmasının xüsusi əhəmiyyəti qeyd olunub, eyni zamanda bənzər layihələrdə tətbiq olunan təcrübə barədə fikir mübadiləsi aparılıb və qarşıya çıxan problemlərdən danışılıb.

Təqdim edilən layihələrdən olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı gölün şimal-qərb hissəsində inşa olunacaq və böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksi diqqəti çəkib. Belə ki, kompleksin tərkibində 6 hektarlıq “Şamlıq park” və Qanlı göl təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafı bulvar tikiləcək. Ekspertlər bu layihənin Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərəcəyi qənaətinə gəlib.

Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sahibkarlar və ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.
Layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib
Layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib
Layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930