Araz Elsəs: İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram
TAİB-in təşkilatçılığı ilə Güney azərbaycanlılarına həsr olunan müzakirələr keçirilib

Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təşkilatçılığı ilə “Güney Azərbaycan türklərinin dünyəvi inkişafı: İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi” mövzusunda müzakirələr keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, TAİB-in mərkəzi ofisində reallaşan tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri və əldə etdiyi tarixi nailiyyətlərdən söz açan tədbir iştirakçıları, dövlətimizin başçısının dünya azərbaycanlılarının, xüsusən Güney Azərbaycan türklərinin hüquqları, Azərbaycan dili və mədəniyyətinin inkişafı xüsusunda dilə gətirdiyi fikirlərə diqqət yönəldiblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev həm Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş IX Zirvə toplantısında, həm də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışında səsləndirdiyi fikirlər Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsi, gələcək inkişafı, eləcə də dilimizə və ortaq dəyərlərimizə daha sıx bağlılığın təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin dünyadakı bütün azərbaycanlıların lideri olduğunu deyən tədbir iştirakçıları Azərbaycanın geosiyasi müstəvidə güclənən mövqeyindən də geniş bəhs ediblər.

Müzakirələrdə bu gün Azərbaycanın güneyində soydaşlarımızın üzləşdiyi təzyiq və təqiblər, çoxsaylı işgəncə faktları, eləcə də Azərbaycan dilində təhsil almaq hüququndan məhrum edilmələri barədə çıxışlar da olub.

Tədbirin xüsusi qonağı olan məşhur ozan Araz Elsəsin çıxışı iştirakçılar tərəfindən böyük maraq və həyəcanla qarşılanıb. Araz Elsəs qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət dünya azərbaycanlılarına ruh verir. “Mən bu siyasətə canımla, qanımla dəstək verməyə hazıram”, - deyən Araz Elsəs Azərbaycanın öz hədəflərinə çatacağına əmin olduğunu bildirib.

Sonda müəllifi olduğu milli ruhlu mahnılar səsləndirən Araz Elsəsə Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsindəki xidmətlərinə və türk mədəniyyətinin təbliğindəki fəallığına görə TAİB-in xüsusi plaketi təqdim olunub.
Araz Elsəs: İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram
Araz Elsəs: İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram
Araz Elsəs: İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram
Araz Elsəs: İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram
Araz Elsəs: İlham Əliyevin siyasətinə canımla, qanımla dəstək verməyə hazıram

Son xəbərlər

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31