Azərbaycan 2027-ci ilədək Avropaya mavi yanacaq ixracını təxminən iki dəfə artırmağı hədəfləyib
Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur. Noyabrın 23-də Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri və bu ayın 21-də Serbiya lideri Aleksandar Vuçiçin respublikamıza işgüzar səfəri bunun bariz ifadəsidir. Prezident İlham Əliyev Bakıda serbiyalı həmkarı ilə təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi Bəyanatında ölkələrimiz arasında bərqərar olan münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir”.
İndiyədək iki ölkə arasında 50-dək sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin Serbiyaya noyabr ayında baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.
Prezident İlham Əliyev Azərbaycan-Serbiya əlaqələrini strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirib. “İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqı məkanının ayrı-ayrı ölkələri özlərinin enerjiyə olan tələbatlarını həm də respublikamızdan tədarük olunan karbohidrogen resursları hesabına qarşılayırlar. Azərbaycan 2027-ci ilədək Avropaya mavi yanacaq ixracını təxminən iki dəfə artırmağı hədəfləyib. Hazırda 3500 kilometr məsafədə uzanaraq Avropanın mərkəzi hissəsinədək çatan Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılır. O cümlədən bu kəmərin şaxələndirilməsi istiqamətində praktiki müstəvidə layihələrin icrasına başlanıb. Şaxələndirmə layihələrində həmçinin Serbiyaya Azərbaycandan qaz ötürülməsi nəzərdə tutulur. Enerji sektorunda başqa bir önəmli seqment bərpa olunan enerjinin Avropaya, o cümlədən də Serbiyaya nəqli ilə bağlıdır. Respublikamızda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Azərbaycanda istehsal olunan “yaşıl enerji” Avropa məkanına Qara dənizin dibi ilə çəkiləcək xətlə ötürüləcək. Bununla bağlı müvafiq sənədlər imzalanıb. Dost Serbiya da ölkəmizdən elektrik enerjisinin idxalında maraqlı olduğunu bildirib. “Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - deyə Prezident İlham Əliyev bildirmişdir.
Göründüyü kimi, Azərbaycanla Serbiyanın dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkənin əlaqələri hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, özünü enerji sektorunda olduğu kimi, xarici iqtisadi əlaqələrdə də göstərib. Ötən dövrdə imzalanan əməkdaşlıq sənədləri digər əlaqələrin də yüksələn xətlə inkişafında əhəmiyyət rol oynayıb.

Ümid Mehdiyev,
ADPU-nun rektor müşaviri

Son xəbərlər

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930