Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərinin ölkəmizə səfəri başlayıb
Ölkəmizdə səfərdə olan Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qırx doqquz nəfərdən ibarət heyətin tərkibində Bişkek şəhərindəki Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 nömrəli məktəbin müəllim və şagirdləri yer alıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 12-də nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra qırğız şagirdlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan şəraitlə tanış olublar.

Görüşdə elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova və Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışının xalqlarımızın möhkəm dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğulayıblar. Çıxışlarda ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. Qırğız müəllim və şagirdlərin Azərbaycana səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin, təhsil sahəsində əlaqələrin inkişafına mühüm töhfə verəcəyi məmnunluqla vurğulanıb. Bildirilib ki, bu, həmçinin hər iki ölkənin məktəbliləri arasında dostluq əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.

Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin rəhbəri İqrar Nəzərov qonaqlara STEAM barədə məlumat verib.

Nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 18-dək davam edəcək. Birhəftəlik səfər çərçivəsində qırğız müəllim və şagirdlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan tədris şəraiti ilə tanış olacaqlar. Günün birinci yarısında qonaqlar üçün treninqlər təşkil ediləcək. Treninqlərin nəticəsində müxtəlif fəaliyyətlər icra olunacaq, habelə Bakının və ölkəmizin görməli yerləri ilə tanışlıq olacaq.

Xatırladaq ki, Bişkekdəki Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin müəllim və şagirdlərinin ölkəmizə səfərinin məqsədi Azərbaycanın təhsil sistemi ilə tanış olmaq, STEAM layihəsi, STEAM-in Azərbaycan təhsil sistemində rolu və mövcud təhsil sisteminə inteqrasiyası barədə məlumat almaqdır.
Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərinin ölkəmizə səfəri başlayıb
Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərinin ölkəmizə səfəri başlayıb
Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərinin ölkəmizə səfəri başlayıb
Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərinin ölkəmizə səfəri başlayıb

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930