XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.
Ulu Öndər Heydər Əliyev, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra, milli maraqları və xalqın iradəsini əks etdirən siyasi kursun əsasını qoydu.

Müstəqilliymizin ilk illərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, respublikanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə və müstəqilliyin itirilməsi həddinə gətirib çıxarmışdı. Demək olardı ki, Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi - psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu görkəmli dövlət xadimi və Azərbaycanın böyük oğlu Heydər Əliyevdə görürdü. Hələ o vaxtlar, Naxçıvanda, Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin, Azərbaycana hakimiyyətə gətirilməsi üçün respublikanın tanınmış ziyalıları, elm xadimləri, dövlət adamları Naxçıvana gedib, ulu öndəri Bakıya dəvət edirdilər.
XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.

Xalqı düşdüyü vəziyyətdən xilas etməkdən ötürü Bakıya gələn Heydər Əliyev, hakimiyyətdə olan AXC-Müsavat rəhbərləri ilə görüşlərində, ölkənin ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını bildirdi. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmalarını təklif etdi:- “Güc işlənməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur və bu prinsipləri əsas tutaraqsa, mən bu vəziyyətdən çıxış prosesində iştirak edirəm” - deyib, taleyüklü məsələni çiyinlərinə götürən H. Əliyev, Prezident Əbülfəz Elçibəylə və ölkənin digər nüfuzlu ziyalıları ilə söhbətlər aparıb, vəziyyətin ağır olduğunu söylədi. Və ilk işidə Prezident Əbülfəz Elçibəylə söhbətdən sonra Gəncəyə səfər ilə başladı. Burada da əsas məqsəd vəziyyəti yerində öyrənəndən sonra, lazım olacaq tədbirlərin görülməsi üçün, yenidən gəlib Milli Məclisdə öz təkliflərini verəcəyini dedi.
XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.

Heydər Əliyevi digər siyasətçilərdən fərqləndirən cəhətlərdən biri də elə bu idi. O, hadisələrə qiymət vermək üçün səbr və təmkinlə vəziyyətlə dərindən tanış olur, ictimaiyyətin fikrini öyrənir, qüvvələr nisbətini təhlil edir, ən əsası hadisənin törənmə səbəblərini araşdırır və qarşı tərəfdən olan şəxsləri, təşkilatçıları ilə bilavasitə görüşüb onların iddialarını, tələblərini öyrənir və obyektiv nəticə çıxardıqdan sonra əməli addım atırdı.
Bundan sonra Heydər Əliyev iyunun 13-də bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə gəldi, Surət Hüseynovun yanına getdi. Heydər Əliyev, Surət Hüseynovla bütün gecəni danışıq apardı, ertəsi gün şəhərə çıxdı.
Məhz bundan sonra Heydər Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də o Milli Məclisə yekdilliklə sədri seçildi.
XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.

1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilər tam demokratik əsaslarla, dünya təcrübəsinə uyğun aparılmışdı. Seçkilər altemativ əsaslarla keçirilmişdi. Səsvermə tam aşkarlıq şəraitində, beynəlxalq təşkilatların, xarici ölkələrin müşahidəçilərinin geniş tərkibdə iştirakı ilə olan bir şəraitdə aparılmışdı. Heydər Əlirza oğlu Əliyevin lehinə 3.919.923 nəfər, seçicilərin 98,8 faizi səs vermişdi. Böyük səs toplamaqla Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Oktyabrın 10-da “Respublika sarayın”da Azərbaycan Respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə böyük nitq söylədi, Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Böyük tarixi sənəd olan həmin nitqdə Azərbaycanın düşdüyü böhranlı vəziyyət, respublikanın başına gələn bəlaların səbəbləri açılır, onların aradan qaldırılması üçün qarşıda duran vəzifələr qeyd edilir, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri göstərilirdi. Bu həm də prezidentin böyük xalq etimadına cavab andı idi. Prezident Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.
XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.

Prezidenti düşündürən ən ümdə, ən ağır məsələlərdən biri erməni təcavüzü nəticəsində işğal edilmiş torpaqların geri qaytarılması, Qarabağ probleminin həll edilməsi idi. Bu məsələlərin həllində Prezident sülh-sevər mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə üstünlük verəcəyini qeyd edirdi. Eyni zamanda əgər sülh yolunda addımlar nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli ordu yaradılması da əsas vəzifə kimi qarşıya qoyulurdu. Böyük siyasi, dövlət xadimi Heydər Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanda dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələrdən danışaraq deyirdi ki, yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanmızda demokratik, hüquqi dövlət qurulmalıdır. Öz tarixindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən istifadə etməklə demokratik dövlət quruculuğu yolu ilə getməkdir. “Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasmda müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır” - deyən prezident özünün dünya siyasətindəki görkəmli nüfuzuna, tanınmış diplomat və siyasi xadimi kimi bacarığına əsaslanırdı. Bu, elə ilk gündən özünü göstərməyə başlamışdı.
XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.

1993-cü il 10 oktyabr günü Azərbaycan Prezidenti Heydər Əliyevin həyatında, Azərbaycanın tarixində əlamətdar, tarixi bir gün idi. Heydər Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu nitqi keçid dövrünün böyük proqram sənədi idi. Əlini Azərbaycan Respublikasının Konstitusiyasına basaraq and içən ulu öndər deyirdi.
-“Əlimi Azərbaycan Respublikasının Konstitutsiyasına basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm. And içirəm ki, prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirərək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Heydər Əliyevin prezident seçilməsi, dünyanın, görkəmli dovlət xadimlərinin və hökumət başçılarının, nüfuzlu siyasi və ictimai xadimlərinin, eləcə də beynəlxalq təşkilatların marağına səbəb oldu. Onlar Heydər Əliyev siyasətinin böyüklüyün hiss edirdilər. Elə bu üzdən onun titanik siyasi fəaliyyəti xaricdə və daxildə olan düşmənlərimizidə olduqca narahat edirdi.
Kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyev uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Nəticə etibarilə müstəqilliyimiz qorunub saxlanıldı, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu.
XALQIN  İRADƏSİNİ  ÖZÜNDƏ ƏKS ETDİRƏN SİYASƏT.

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb. Ulu Öndər Heydər Əliyevin ideyaları məhz onun siyasi varisi müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən tam dəqiqliyi ilə yerinə yetirildi. 2020-ci ildə Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev deyirdi: “Mən bu gün Ulu Ödər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”!
Bu Ümummilli Lider Heydər Əliyevin milli maraqlara və xalqın iradəsinə əsaslanan siyasi kursunun məntiqi nəticəsidir. Xalqın xoş gələcəyi naminə bu siyasi kurs hələ uzun illər də davam etdiriləcəkdir.
Mən bir şəhid anası kimi, xalqın gələcəyi naminə uğurlu təməl üzərində qurulmuş siyasəti ürəkdən dəstəkləyib, onun sıralarında olmaqdan qürur duyuram.

Mehriban Sultanova.
YAP Masallı rayon təşkilatının üzvü.
Masallı şəhəri YAP-nın 1 sayli tam orta məktəbinin ərazi partiya təşkilatının sədri.

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930